Dizaynerlər 2024-cü ilin ən dəbli rənglərini təqdim etdi - FOTOLAR

Dizaynerlər 2024-cü ilin ən dəbli rənglərini təqdim etdi - FOTOLAR

2024-cü ildə hansı rəng tendensiyaları dəbdə olacaq? Dizaynerlər dünya podiumlarında ən son moda kolleksiyalarına baxdıqdan sonra ən aktual rənglərdən doqquzunu seçiblər.

Sfera.az bildirir ki, sakit və solğun rənglər bu il zirvədədir. Dizaynerlər üslubunuzu pastel rəng çalarları və ya zəif parıltı ilə vurğulamağı təklif edirlər. Bu çalarlarda olan şeylər görünüşünüzü möhtəşəm edəcək. 2024-cü il geyimlərdə üstünlük veriləcək ən dəbli rəngləri sizə təqdim edirik:
 

Solğun sarı


"Sakit dəbdəbə" termini keçən ilin ortalarında olduğu kimi bu il aktual olmasa da, əsasən minimalist və klassik parçalara üstünlük veriləcək. Bu tendensiya 2024-cü ilin rəng trendlərində möhkəm iz buraxacaq. Solğun sarı yeni neytral bir tona çevriləcək: bu sarı ton o qədər incədir ki, bir işıqda tünd krem ​​kimi, digərində isə bej kimi görünə bilər. Onu əsas dəbə çevirən də məhz, bu uyğunlaşmadır.


Açıq mavi


Mavi rəngin bütün spektri 2024-cü ilin yaz/yay podiumlarında aydın görünür. Lakin hər moda mütəxəssisinin diqqətini çəkən mavinin məhz bu xüsusi solğun kölgəsidir. Solğun mavi bu ilin ən dəbli rəngi ola bilər. Bu rəng hər kəsə - hər dəri rənginə və saç rənginə uyğun gələn nadir rənglərdən biridir və cazibədarlığı universal edir.
 

Narıncı və ya Buz Şaftalısı



Pantone Rəng İnstitutu bu yaxınlarda "Peach Fuzz"u (Buz şaftalı) 2024-cü ilin Rəngi ​​elan etdi . Bu rəng, demək olar ki, 2024-cü ilin yaz/yay mövsümündə kəşf edilib. Yumşaq şaftalı çalarları ilə yanaşı, portağal rəngin özü də təkrarlanan bir dəb olduğunu sübut etdi. Portağal qabığının tonları və zərif şaftalı, ərik çalarlarının incəliyinin tamamlandığı ahəngi hər yerdə görmək olar.


Polad boz

 

Çoxları düşünə bilər ki, boz həqiqətən trenddə deyil. Lakin boz rəng, bütün podiumların geyimlərində nümayiş etdirildikcə, ən diqqətəlayiq ton olduğu açıq-aydın görünür. Burada üslub əsasdır: tamamilə boz rəngli paltarlar geyinmək, həm də ən asan tendensiyalardan biridir.


Albalı


 

Çəhrayı son 12 ayda əsas rəng olsa da, 2024-cü ildə bunun əvəzinə qırmızı tonlara keçid görürük. Tipik olaraq daha yetkin və mürəkkəb bir rəng hesab edilən parlaq qırmızı palto, trikotaj paltarlar, manikürlər moda səhnəsində görünməyə başlayıb. Əlbəttə ki, bu, dəyərli bir investisiya hesab olunur. Yay gəlsin, həmişəkindən daha çox qırmızı paltar görəcəksiniz.


Şokolad qəhvəyi


 

Son bir neçə il ərzində geri dönən 90-cı illərin tendensiyaları arasında qəhvəyi rəng ən qalıcı gücə malikdir. Bu mövsüm qəhvəyi çəkmələr, çantalar, ayaqqabılar və geyimlər ələ keçirdib. Bu rəngin hakimiyyəti 2024-cü ilə qədər davam edəcək. “Loewe”, “Ferragamo”, “Givenchy”, “Gucci”, “Hermes”, “Max Mara”, “Michael Kors” və “Saint Laurent” kimi lüks brendlər artıq bu rəngi demək olar ki, tamamikə ələ keçiriblər.


Pambıq ağ (Dümağ)

 


 

Boz rəng kimi, bəziləri də ağ rəngin trend olmadığını iddia edir. Xeyr, belə deyil. Unutmayın ki, bu rəng klassikadır. Bu il isə dizaynerlər ağ rəngi müxtəlif parçalarda - pambıq, dəri, şifon, ipək, yunda kəşf edərək onu daha da təravətləndirdilər. Ötən illərdə fildişi və ya krem ağ tonlarına üstünlük verilirdisə, bu il ağın “dümağ” çaları daha dəbdə olacaq.


Püstə rəngi


 

Keçən il yaşıl rəng trendə çevrilmişdi, bütün kolleksiyalarda çəmən yaşılın çalarları görünürdü. 2024-cü ildə dizaynerlər rənglər üzərində araşdırma apararkən, daha incə bir çalar üzərində dayandılar. Adına istər adaçayı, püstə və ya dəfnə, “aqua” və ya açıq yaşıl, nə istəyirsiniz deyin, bu sizə bağlıdır, axır ki, bu il bu rəng də dəbdədir.


Gümüş

 


 

Son bir neçə mövsümün ən böyük moda dönüşlərindən biri gümüş oldu. Qızılıdan sonra gümüş rəng şalvardan, paltarlardan, çantalardan ayaqqabılara qədər hər şeyi əhatə edərək moda sferasında partlayış etdi. 2024-cü ildə də gümüşün çalarları dəbdə olacaq.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR