Bu dərmanlar cinsi zəiflik YARADIR - Yediyimiz ağ çörək də...
Zamanla cütlüklər arasında cinsi istək azalır. Bu hal həm qadınlarda, həm də kişilərdə baş verir və münasibətin sonlanmasına da gətirib çıxara bilir.
Bəs cinsi istəyi azaldan səbəblər nədir?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-ginekoloq Xəyalə İsmayılova bildirib ki, cinsi istəyi azaldan əsas səbəblərdən biri müxtəlif məqsədlərlə atılan dərmanlardır.
Ağrıkəsici kimi qəbul etdiyimiz həblər cinsi istəyə təsir göstərir. Ağ çörəkdən də normadan çox istifadə etmək düzgün deyil. Çünki, ağ çörək qandakı şəkərin miqdarına təsir göstərir. Şəkərin miqdarı nə qədər yüksək olarsa cinsi istək də bir o qədər az olur. Bəzən, artıq çəki də cinsi istəyi azaldan faktorlardan biridir. Həkim-ginekoloq bildirib ki, qripə və təzyiqə qarşı atılan dərmanlar da insanların cinsi istəyinə mənfi təsir göstərir.
“Məhz bu baxımdan hər ağrıkəsici dərmanın istifadəsi tövsiyə olunmur”.
Ülkər Abdurahmanlı