Süni intellekt bu müəllimləri işsiz qoyacaq - ARAŞDIRMA
Maraqlı
14:55 / 29.01.2024
5861
Süni intellektin gələcəkdə hansı peşələri əvəzləyəcəyi maraq doğuran suallardandır.
Sfera.az xəbər verir ki, Nyu York Universiteti və Pensilvaniya Universitetindən bir qrup professor bu barədə araşdırma aparıb.
Araşdırmaya əsasən məlum olub ki, süni intellekt ən çox telemarketinqlə məşğul olan şəxslərə, ikinci yerdə isə dil, ədəbiyyat və tarix fənlərini tədris edən müəllimlərə təsir göstərəcək.
“Hüquq və maliyyə sektorları süni intellektin üstünlük təşkil edə biləcəyi əsas sektorlar arasında olsa da, araşdırmaya görə, müəllimlər və maliyyə xidmətləri işçiləri ChatGPT-nin ilk qurbanları ola bilər”.
Ülkər Abdurahmanlı