Təbiət möcüzəsi: Kəşf edilməyən "cənnət" məkanlar - FOTO
Yay tətilinə aylar qalmış insanların artıq səyahətlə bağlı plan qurur. İstirahətini ölkə xaricində keçirmək istəyənlər isə demək olar ki, standart ölkələrə üz tuturlar. Turizim şirkətləri də çox vaxt bu standartlardan kənara çıxmırlar.
Lakin dünyada hələ çox da kəşf edilməyən, lakin sizə unudulmaz istirahət bəxş edə biləcək yerlər mövcuddur.
Sfera.az onlardan bəzilərinin adlarını təqdim edir:
Butan
Hamıdan və hər şeydən uzaq qalmaq sizin üçün tətilin ən yaxşı tərifidirsə, Butana marşrutunuzu dəyişə bilərsiniz. Cənubi Asiyada Hindistan və Çinə bitişik olan bu ölkə dünyanın ən xoşbəxt yeri kimi tanınır. Ölkənin qəbul etdiyi Ümumi Milli Xoşbəxtlik fəlsəfəsi sayəsində ölkədə yaşayan insanların rifahı iqtisadi nəticələrə diqqəti yönəltmək əvəzinə ölçülür və hər zaman xoşbəxtliyi artırmaq məqsəd qoyulur. Sakitliyi, sağlamlıq təcrübələri, bənzərsiz mənzərələri, rəngarəng festivalları və məbədləri ilə mistik atmosfer təqdim edən, eləcə də bütünlüklə rifah vəd edən Butan sizin yeni və sevimli istirahət məkanınız ola bilər!
Lofoten adaları: Norveçin açıqcası
Açıqcaya bənzəyən gözəl bir yer: Lofoten adaları. Norveçin ən ecazkar təbii gözəlliklərinə ev sahibliyi edən, mavi və yaşılın bütün çalarlarını əks etdirən, balıqçı kəndləri ilə füsunkar bir atmosfer təqdim edən Lofoten həm də şimal işıqlarının rəqsini izləmək üçün mükəmməl bir məkandır. Təmiz hava almaq, təbiətin təklif etdiyi şeylərə heyran olmaq və ya gecə yarısı qayıqla üzmək üçün buradan daha yaxşı yer yoxdur...
Puglia: İtaliyanın gizli cənnəti
İtaliya deyildikdə ilk ağıla Roma, Venesiya və ya Milan gəlsə də, bu dəfəki marşrutumuz başqa yerdir: Puglia. Rahat memarlığı, nağıllara bənzər küçələri, unudulmaz ləzzətləri, ecazkar mənzərələri və dərin mavi sərin suları ilə ovsunlanmış çimərlikləri ilə İtaliyanın bu gizli cənnətini mütləq ziyarət etməlisiniz.
Kaxeti: Sevgi və şərab şəhəri
Gürcüstanın şərabları ilə məşhur bölgəsi olan Kaxeti, çox uzaqlara getmədən sizə axtardığınız tətili və qastronomik təəssüratları gətirə bilər. Siz ləzzətli delikateslər kəşf edə, şəhərin tarixi və mədəni teksturasına valeh ola, məşhur şərabların dadına baxa, dağların ətəyində salınmış kiçik qəsəbələrə baş çəkə bilərsiniz. Siz həmçinin təbiətlə təkbətək vaxt keçirmək və dinclik tapmaq üçün marşrutunuzu Kaxetiyə yönəldə bilərsiniz.
Tuvalu: Tropik ada ölkəsi
Unikal tropik ada ölkəsi: Tuvalu! Ağ çimərlikləri, mərcan rifləri, mehriban, isti yerli sakinləri və dinc atmosferi ilə sakit qaçış axtaran səyahətçilər üçün əla seçimdir. Dünyanın ən kiçik və iqtisadi cəhətdən ən zəif inkişaf etmiş ölkələrindən biri olan Tuvalu buna baxmayaraq, gizli yerləri kəşf etməyi sevən turistlər üçün vazkeçilməz bir ünvandır. Bura həm də balıq ovu ilə məşhurdur. Dadlı kəşflər və təbiətlə baş-başa günlər üçün mütləq ziyarət ediləcək yerlər siyahısında olmalıdır.
Azor adaları: Atlantik okeanının vulkanik gözəlliyi
Atlantik okeanında gizlənmiş gözəl ada icması: Azor adaları. Vulkan mənşəli bu adalar möhtəşəm mənzərələri, termal suları və təbii gözəllikləri ilə təbiətsevərlər və macəra axtaranlar üçün doğru ünvan ola bilər. Siz Azor adalarında növbəti tətilinizi şəlalələr altında üzmək, yəqin ki, əvvəllər heç vaxt sınamadığınız ləzzətləri dadmaq, təbiət idmanlarını yaşamaq və real dünya ilə həqiqətən əlaqəni kəsmək üçün planlaşdıra bilərsiniz.
Komor adaları: Afrikanın ekzotik adası
Unikal çimərlikləri ilə məşhur olan və şəffaf, firuzəyi suları ilə hər kəsi valeh etməyi bacaran Komor adaları Afrikanın ən az araşdırılan turizm yerlərindən biridir. Tətilinizi ləzzətli dəniz məhsulları ilə taclandıra biləcəyiniz, sərin sulara qərq ola biləcəyiniz, təmiz dağ havası ilə təravətləndirə biləcəyiniz bu ecazkar marşrutu turistlərlə dolmadan mütləq ziyarət etməlisiniz.
Cuenca: Ekvadorun estetik şəhəri
Ruhunuzu sənətlə qidalandıra biləcəyiniz bir qaçış axtarırsınızsa, sizi Ekvadorun tarixi, mədəniyyəti və memarlığı ilə valeh edən Kuenka şəhərini kəşf edə bilərsiniz. Uçurum kənarına oyulmuş evləri ilə məşhur olan bu şəhərdə siz ispan mətbəxinin ləzzətlərini dada, təbii gözəlliklər arasında bədəninizi və zehninizi dincəldə, əyləncəli festivallarda iştirak edə bilərsiniz.
İnci