“Bentley” avtomobilində şir balası sakinləri şoka saldı - VİDEO

“Bentley” avtomobilində şir balası sakinləri şoka saldı - VİDEO

Tailand polisi Pattaya kurort şəhərinin küçələrində “Bentley” avtomobilinin içərisində şir balası görünəndən sonra Sawanjeet (Savangit) Kosungnern adlı qadını həbs edib.
 

Sfera.az bildirir ki,Taylandda bu heyvanların alınması qanunla qadağan edilməsə də, rəsmi icazə almaq lazımdır. Vəhşi heyvanlar rəsmi qeydiyyatdan keçməlidir. Adı çəkilən qadının isə buna rəsmi icazəsi olmayıb.

Qalmaqal ağ rəngli “Bentley”nin arxa oturacağında yaxalıqlı şir balasının oturduğunun göründüyü videonun internetdə yayımlanmasından sonra yaranıb. Sürücü isə şir sahibinin dostu, Şri-Lanka vətəndaşı olub.

 


 

Lüks avtomobildə olan şir balası kurort şəhərciyinin sakinlərinin diqqətini çəkib.


İlkin məlumatlara görə, Savangit şir balasını Nakhon Pathom əyalətindən olan yerli sakindən alıb. Qadın heyvanın müvafiq rəsmi sənədlərinin olub-olmadığını yoxlamayıb. Ona görə də onların sövdələşməsi qanunsuz hesab olunur.
 

Qadın icazəsiz vəhşi heyvan saxlamaqda ittiham olunub. Buna görə onu bir ilə qədər həbs və 100 min baha (təxminən 106 min Amerika dolları) qədər cərimə gözləyir.
 

Polis həmçinin qadınla birlikdə yaşayan “Bentley”nin sürücüsünü də həbs etmək istəyib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları bunu edə bilməyiblər, çünki şübhəli şəxs artıq Taylandı tərk edib. Onu ictimai yerdə vəhşi heyvan gəzdirdiyinə görə altı aya qədər həbs və 50 min baht (təxminən 53 min Amerika dolları) cərimə gözləyir.


Bundan başqa, sənədlərini yoxlamadan şir balasını satan taylandlı da cəzalandırılacaq.
 

Rəsmi məlumatlara görə isə, hazırda Taylandda qanuni olaraq 224 şir saxlanılır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...