Hava limanında gözlənilməz QONAQ: Pinqvin təyyarəyə mane oldu - FOTO
Yeni Zelandiya hava limanında pinqvin uçuş-enmə zolağına çıxdıqdan sonra uçuş gecikib.
Sfera.az xəbət verir ki, bu barədə "UPI" məlumat yayıb.
İnsident paytaxt Vellinqtonda baş verib və beynəlxalq hava limanının işini pozub. Pinqvin birbaşa uçuş zolağına qaçıb. Bu, "Air Chathams" təyyarəsi havaya qalxmağa hazırlaşarkən baş verib. Aerodroma qaçan hava limanının əməkdaşları quşu yaxalayaraq təhlükəsiz yerə apara biliblər.
Gözlənilməz ziyarətçinin altı həftəlik körpə mavi pinqvin və ya korora pinqvin olduğu ortaya çıxıb. Hava limanının əməkdaşları onu Vellinqton zooparkına bağışlayıblar. Quş ac imiş və yaşına görə çəkisi az olub. Onlar pinqvini bir az böyüyəndən sonra və tükləri suyu dəf etməyə başlayanda təbiətə buraxmağı planlaşdırırlar.
Bundan əvvəl bildirilmişdi ki, Antarktidada alimlər elmi stansiyanın yaxınlığında nadir ağ "Gentoo" pinqvinini müşahidə ediblər.
İnci