Səudiyyə Ərəbistanında GÖZLƏNİLMƏZ QƏRAR: Spirtli içki qadağası LƏĞV EDİLDİ 

Səudiyyə Ərəbistanında GÖZLƏNİLMƏZ QƏRAR: Spirtli içki qadağası LƏĞV EDİLDİ 

Səudiyyə Ərəbistanı spirtli içkilərin satışına qoyulan qadağanı bir qədər yumşaldıb.

 

Sfera.az xəbər verir ki, ölkədə bundan sonra spirtli içkilər satılacaq, amma həmin içkiləri yalnız xarici diplomatik korpusların əməkdaşları ala biləcək. 


Səudiyyə Ərəbistanında ilk spirtli içki satılan mağaza Ər-Riyadda açılacaq. Şəriət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanında spirtli içkilərin satışı 70 il bundan öncə qadağan edilmişdi. 


Mağaza paytaxt Ər-Riyadda səfirliklərin yerləşdiyi ərazidə olacaq. Maraqlıdır ki, mağazada spirtli içkilər yalnız qeyri-müsəlman diplomatlara təklif ediləcək. 


Səudiyyə rəsmiləri bu addımın ölkə daxilində qeyri-qanuni spirtli içki satışının qarşısını almaq üçün atıldığını bildiriblər. 


Xatırladaq ki, 1952-ci ildə kral Əbdüləzizin oğullarından birinin sərxoş halda Britaniya diplomatını güllələyərək öldürməsindən sonra ölkədə spirtli içki satışı qadağan edilib. Diplomatlar ölkəyə yalnız möhürlənmiş qablarda spirtli içki gətirə və içə bilərdilər. 


“Reuters”ə məlumat verən mənbə bildirib ki, spirtli içkilərin satılacağı mağazanın bir neçə həftə ərzində açılması gözlənilir. Spirtli içki almaq istəyən diplomatlar qeydiyyatdan keçməli və Səudiyyə hökumətindən icazə almalıdırlar. Diplomatlar mağazaya şəxsən getməli olacaqlar və hər bir şəxsin ayda ala biləcəyi spirt miqdarı məhdud olacaq. Diplomat olmayan əcnəbilərə spirtli içkilərin satılmasının gündəmdə olmadığı bildirilib. Mövcud qanunlara görə, spirtli içki içən və ya saxlayan şəxslər cərimə, həbs və açıq şallaqlama kimi cəzalara məruz qalırlar. 


Körfəz ərəb ölkələrinin əksəriyyətində spirt istehlakı məhdudlaşdırılıb. Lakin Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə 21 yaşdan yuxarı qeyri-müsəlmanlara mehmanxana, klub və barlarda spirtli içkilərin satışına icazə verilir.


Vasif


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...