Astronomlar planetə bənzər 85 obyekt kəşf etdilər

Astronomlar planetə bənzər 85 obyekt kəşf etdilər

Astronomlar kosmosda həyatın olması ehtimal edilən planetə bənzər 85 obyekt kəşf ediblər.

 

Sfera.az xəbər verir ki, onları kəşf edən elm adamlarının sözlərinə görə, hələ temperaturları dəqiq müəyyən edilməyən bu "planet"lərdə istiliyin həyatı davam etdirmək üçün aşağı olduğu zənn edilir.

 

Ölçüləri Yupiter, Saturn və Neptuna yaxın olan bu ekzoplanetlər NASA-nın Tranzit Ekzoplanet Tədqiqat Peyki (TESS) tərəfindən aşkar edilib. TESS elm adamlarına tranzit kimi tanınan ulduzların qarşısından keçən cisimlərin yaratdığı parlaqlıq enişlərini müşahidə etməyə imkan verir.

 

85 ekzoplanetin öz ulduzları ətrafında dövr etməsi 20-700 gün arası olsa da, TESS tərəfindən müşahidə edilən əksər ekzoplanetlərin orbital dövrləri 3-10 gündür. Tədqiqatçıların sözlərinə əsasən, bəzi planetlər kifayət qədər uzaqdadırlar və onlar yaşamaq üçün lazımi temperaturda ola bilərlər. 

 

85 potensial ekzoplanetdən 60-ı yeni kəşf hesab olunsa da, onlardan 25-i TESS məlumatlarında müxtəlif üsullardan istifadə edilərək müstəqil tədqiqat qrupları tərəfindən aşkar edilib. 

 

Tədqiqatda iştirak edən professor Daniel Bayliss kəşflər haqqında bunları deyib: "Bu planetləri tapmaq və onların bir çoxunun yaşamaq üçün lazımi temperatur dərəcəsində ola biləcəyini bilmək çox həyəcanvericidir".


İnci


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...