Ruslar Türkiyə və Koreya seriallarına maraq göstərmir - STATİSTİKA
2022 və 2023-cü illərdə Rusiyada Türkiyə və Koreya istehsalı olan seriallara tələb zəif olub.
Sfera.az RBC-yə istinadən xəbər verir ki, sanksiyalarla bağlı Hollivud kinostudiyaları Rusiyanın kino bazarını tərk etdikdən sonra yerli yayım şirkətləri yaranan boşluğu Türkiyə və Koreya serialları ilə doldurmağa çalışıblar.
Amma 2022-ci ildə olduğu kimi 2023-cü ildə də hər iki ölkənin seriallarına yüksək tələb müşahidə edilməyib.
Bu barədə RBC-yə Rusiyanın ən böyük videoplatformalarının nümayəndələri məlumat verib. Televiziya və onlayn platformalarda yayımlanan serialların populyarlığını ölçən “Kinopoisk Pro Index”ə görə, 2023-cü ildə bütün seriallara olan ümumi tamaşaçı marağının 8 faizi türk seriallarına, 3,2 faizi Koreya seriallarına olub.
“Premyer onlayn” kinoteatrının baş direktorunun müavini Makar Kojuxov bildirib ki, türk layihələri çox vaxt gözlənildiyi kimi tələb görmür. Onun sözlərinə görə, indiyə qədər “Premier”də “Sən çal qapımı” serialından başqa heç bir türk layihəsi geniş tələb görməyib.
Kojuxov Koreya seriallarına tələbin türk serialları ilə müqayisədə daha zəif olduğunu deyib.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri mədəniyyətlərdəki böyük fərqdir: “Koreya seriallarının məzmununda ruslar üçün az tanınan Asiya ənənələri və adətləri üstünlük təşkil edir”.
Vasif