Saxta "İphone"u orijinalları ilə necə ayırd etmək olar? "İlk hərfinə baxmaq lazımdır..."
Dünyada "İphone" modeli olduqca məşhurdur və bu modeldə olan telefon və komputerləri alanların sayı da günü-gündən çoxalır. Lakin "İphone" brendinin saxta versiyaları da hazırlanıb satışa çıxarılır.
Bəs orijinal "İphone" modellərini saxtalarından necə ayırd etmək olar?
Mövzu ilə bağlı Sfera.az-a danışan texnobloger Emin Həsənov bildirib ki, belə məhsullar "Refurbished" adlanır. Onun sözlərinə görə, bu modellər defekt olur:
"Apple şirkətləri bu məhsulları təmir edib yenidən satışa çıxarır. Bu məhsullar daha ucuz olur. Bəzi mağaza satıcıları bunu bilmir və ya müştəriyə demirlər. Satıcıların bir çoxu bu telefonları satarkən 100 % orijinaldır deyirlər. Telefonun orijanallığını yoxlamaq üçün "Ayarlar" tabının "Haqqında" bölməsinə keçid edərək modelin ilk hərfinə baxmaq lazımdır. İlk yazılan "M" hərfidirsə, bu telefonlar orijinaldır. Əks halda başqa hərflər çıxarsa, deməli, saxtadır".
Texnobloger bildirib ki, həmin bölmədən telefonun hansı ölkənin istehsalı olduğunu da bilmək olar. "Həmin bölmədə yerləşən "M" hərfinin yanındakı sonuncu hərflərə baxırıq. Həmin hərflər ölkə kodlarıdır. Amerika istehsalı olan "İphone" modelli telefonlar Avropa istehsalı olan cihazlara nisbətən daha yüksək səsə malikdirlər. Avropa istehsalı olan telefonlar 80 , Amerika istehsalı olanlar isə 100 decibel gücə malik olurlar".
Ülkər Abdurahmanlı