Lənətlənmiş şeir - Bunu oxuyanlar ölür

Lənətlənmiş şeir - Bunu oxuyanlar ölür

Yapon yazıçısı Saijo Yasonun 1919-cu ildə yazdığı "Tominonun cəhənnəmi" şeirində onu ucadan oxuyan hər kəsin dəhşətli aqibətlə üzləşəcəyi deyilir.
 

Sfera.az bildirir ki, bu hekayəni YouTube bloqerləri Gavin Rutaa və Carlos Juico yenidən gündəmə gətirib.
 

Bu dəhşətli əfsanə haqqında şayiələr sosial şəbəkələrdə yayıldıqdan bəri insanları qorxudub.
 

“Tominonun Cəhənnəmi” Birinci Dünya Müharibəsi başa çatdıqdan dərhal sonra yazılmış müharibə əleyhinə poemadır. İlk baxışda adi bir əsər kimi görünsə də, guya bunu oxuduqdan sonra insanlar ölür.


“O qədər bu şeirlə bağlı hadisələr olub ki, insanlar düşünürlər ki, əgər bu misraları yüksək səslə desən, ya öləcəksən, ya da bütün ömrün boyu ruhun lənətlənəcək”.
 

Bloqqer iddia edir ki, 1974-cü ildə Tominonun “Cəhənnəm” əsəri əsasında çəkilmiş filmin rejissoru Terayama Şuji filmin kinoteatrlarda nümayişindən bir həftə sonra vəfat edib.


"Kollecdə bir qız var idi ki, dostları ona "bu şeiri ucadan oxu, sənə video çəkəcəyik” deyib. Bir həftə sonra qız öldü".


Şeirin müəyyən dərəcədə təhlükəli olması ilə bağlı şaiyələr yapon yazıçısı və şairi Yamota İnuhikonun 2004-cü ildə yazdığı "Kokoro wa Korogaru Ishi no you ni" ("Daş kimi ürək") kitabında məlumat verdikdən sonra geniş yayılıb:

 

"Əgər “Tominonun Cəhənnəmi"ni təsadüfən uca səslə oxusan, heç cür qaçması mümkün olmayan dəhşətli tale ilə üzləşəcəksiniz".


Britaniyanın “The Sun” nəşri yazır ki, “Tominonun cəhənnəmi” haqqında ürpədici fərziyyələrin bəzi tərəfdarları hətta 1919-cu ildə “Sakın” kitabında şeiri nəşr etdirən müəllif Saijo Yasonun lənətin ilk qurbanı olduğunu iddia edirlər. Amma əslində şair nəşrdən yarım əsrdən çox sonra, təxminən 1970-ci ildə vəfat edib. Rejissor Terayama Şuji filminin nümayişindən sonra təxminən on il yaşayıb. Kollec tələbəsinin adı isə tarixə ilk düşmüş qurban kimi görünsə də, onun həqiqətən də bu “lənətlənmiş” misranın təsiri ilə ölüb-ölmədiyi də dəqiq məlum deyil.
 

Nəzərə alsaq ki, “YouTube”da şeirin onlarla səsli qiraət formasında videolarını tapmaq olar, demək ki, şeiri oxuyanların əksəriyyəti hələ də sağdır. Yəni, “Tominonun cəhənnəmi” şeirinin lənətli olması əslində real görünmür. Ancaq yenə də şeirin misraları ürpədici və narahat edicidir.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...