Yataq dəstlərinizi bu materialdan seçin - Gözəl qalmağın yollarından biri

Yataq dəstlərinizi bu materialdan seçin - Gözəl qalmağın yollarından biri

Saçları və üz dərisini qorumaq, yaxşılaşdırmaq üçün pambıq yastıq üzlüklərini ipəklə əvəz etmək lazımdır.

Sfera.az xəbər verir ki, bunu rusiyalı trixoloq Anastasiya Kurskaya deyib. Onun sözlərinə görə, bu material saçları dolaşdırmır və saç uclarını qoruyur.
"İpək saçı hamarlayır və eyni zamanda saçın burulmasını və qırılmasının qarşısını alır",- deyə mütəxəssis bildirib.


Bundan əlavə, həkim vurğulayıb ki, ipək dəstlər saçları elektrikləşdirmir, çünki bu parça statik elektrik keçirmir.


"İpək saçları çirkləndirmir və allergiya xəstələri üçün uyğundur. Hipoallergen olan ipək təbii olaraq toz gənələrinə, göbələklərə və kiflərə qarşı davamlıdır. Bu, allergiya xəstələri, astma xəstələri və həssas dərisi olanlar üçün çox vacibdir”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.


İnci


OXŞAR XƏBƏRLƏR