Mumiyalanmış 2 yaşlı qızcığazın ziyarətçilərə göz vurduğu deyilir - FOTOLAR

Mumiyalanmış 2 yaşlı qızcığazın ziyarətçilərə göz vurduğu deyilir - FOTOLAR

İtaliyanın Siciliya bölgəsində təxminən 100 il əvvəl vəfat edən iki yaşlı Rosalia (Rozaliya) Lombardonun mumiyalanmış cəsədinin dünyanın qorunub saxlanmış "ən gözəl insanı” olduğu deyilir.


Sfera.az bildirir ki, “Dünyanın ən gözəl mumiyası” olduğu deyilən qızla bağlı qəribə və fövqəltəbii fərziyyələr irəli sürülür.


Rozaliya Lombardo təxminən 100 il əvvəl iki yaşında vəfat edib. Hər il minlərlə ziyarətçi Rozaliyanın mumiyasını görməyə gedir.


“Şüşə tabutdakı qız”ın bəzi turistlərə göz qırpdığı iddia edilir.
 

Rozaliyanın mumiyası çox yaxşı qorunduğu üçün sarı saçları və parlaq dərisi canlı görünür. Bəzi ziyarətçilər Rozaliyanın gözlərini qırpdığını iddia edirlər. Bununla belə, bunun sadəcə bir işıq hiyləsi olduğunu deyənlər də var.

"Onun gözləri tamamilə bağlanmayıb və əslində heç vaxt bağlanmayıb”.
 

 

Rosaliyanın tapıldığı Kapuçin Katakombalarının kuratoru Dario Piombino-Mascali:

“Bu, yan pəncərələrdən işıq süzülməsi nəticəsində yaranan optik illüziyadır və gün ərzində dəyişə bilər"-deyir


Rozaliyanın mumiyasının çox yaxşı vəziyyətdə olduğu üçün onun saxta olması ilə bağlı fərziyyələr də var.

Bu fərziyyələrdən lazımi sınaqlar aparılıb. Təhlillər onun orqanlarının hələ də bütöv olduğunu və beynin orijinal ölçüsünün yalnız 50%-nə qədər kiçildiyini ortaya qoyub. X-şüaları onun ayaqlarının və qollarının bütöv olduğunu müəyyən edib.


Rozaliyanın ölüm hekayəsi məlum deyil, lakin vəfat etdikdən sonra atası qızı tərk edə bilmədiyi üçün onu mumiyaladığı deyilir.

 

Rozaliyanın İtaliya ordusunun generalı olan zəngin Siciliya zadəgan Mario Lombardonun qızı olması ilə bağlı da fikirlər var.


Qeyd edək ki, Palermonun Kapuçin katakombalarında 8000-dən çox cəsəd var, onlardan 163-ü uşaqdır.

2022-ci ilin yanvarında alimlər Siciliyada uşaq mumiyalarının sirrini açmağa çağırıldı. Balzamlama Rosaliya kimilərin dərisini qorumaq üçün sink, turşu və spirt kimi məhsullardan istifadə edən Alfredo Salafia tərəfindən edilib. Layihəyə rəhbərlik edən Staffordshire Universitetindən Dr Kirsty Squires “Guardian”a verdiyi açıqlamada:

 

“Yanvarda tarla işlərimizi aparacağıq. Biz portativ rentgen aparatını götürəcəyik və uşaqların müxtəlif bucaqlardan yüzlərlə şəklini çəkəcəyik. Bioloji tapıntıları öyrənməklə onların inkişafını, sağlamlığını və şəxsiyyətini daha yaxşı başa düşməyə ümid edirik”.


Qeyd edək ki, bu araşdırmanın nəticəsi hələ açıqlanmadığı üçün, gedişatın növbəti mərhələləri haqqında ətraflı məlumat təqdim edə bilmirik.
 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...

Zaxarova: "XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir"

Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xari...