Körpə ikən övladlığa götürülən qadın kral ailəsinin üzvü çıxdı - FOTOLAR

Körpə ikən övladlığa götürülən qadın kral ailəsinin üzvü çıxdı - FOTOLAR

Amerikada bir ailə tərəfindən övladlığa götürüldükdən illər sonra Sarah Kulberson Sierra Leonedəki kral ailəsinin üzvü olduğunu öyrənib.


Sfera.az xəbər verir ki, körpə ikən övladlığa götürülən gənc qadının əslində şahzadə olduğu məlum olub.


46 yaşlı şahzadə Sara Kulberson körpə ikən ABŞ-ın Qərbi Virciniya ştatında bir ailə tərəfindən övladlığa götürülüb.


Nə Sara, nə də övladlığa götürən valideynləri onun Qərbi Afrikadakı Sierra Leonedən olan kral nəslindən olduğunu, Böyük Britaniyadakı Kraliça və Kral ailəsi ilə əlaqəsi olduğunu bilmirdilər.

Keçmişinin təfərrüatlarını öyrənmək, anasının onunla əlaqə saxlaya bilmədən dünyasını dəyişdiyini öyrənən Sara üçün çox çətin bir proses olub. Culberson atası ilə əlaqə saxlamaq istəməsə də, 28 yaşında atasını Syerra-Leonedə tapmaq ümidi ilə özəl detektiv işə götürüb.


"Mən bir məktub yazdım. Onu Merilendə göndərdim. Orada dedilər ki, əsl atam, əslində mənim əmimdir."

Culberson kral ailəsinin üzvü olub və əmisi babasının "İngiltərə Kraliçası tərəfindən Sülh Ədalət Cəngavəri" elan edildiyini bildirib.

"Sən bu ölkədə şahzadəsən."

Aldığı cavab Saranı şoka salıb. Sara sonda atası Cozef Konia Kposova ilə görüşüb. Atası Saraya övladlığa götürüldükdən sonra onunla necə ünsiyyət quracağını bilmədiyini deyib.
 

46 yaşlı qadın rəqslər və avtoqraflar da daxil olmaqla, həqiqətən kral ailəsinin üzvü kimi qarşılandığını görüb.

Sierra Leoneyə gələn şahzadə bunları deyib:


“Qarşılaşmaq və sevilmək gözəl idi. Bu tamamilə möhtəşəm bir şeydir. Kim olduğumu tapmaq mənim həyatıma məqsəd və məna verdi”.


Sara Amerikada aktrisadır. Hazırda krallıq vəzifələrini də yerinə yetirən gənc qadın həyatını "iamprincessc" adlı Instagram hesabında paylaşır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...