Antifaşist müqavimətinin əsas simalarından olan homoseksual Villem Arondeus

Antifaşist müqavimətinin əsas simalarından olan homoseksual Villem Arondeus

İkinci Dünya Müharibəsi bəşər tarixinin ən qaranlıq dövrlərindən biridir.
 

Sfera.az bu qaranlıq dövrdə nasistlərə qarşı vuruşan homoseksual və antifaşist azadlıq döyüşçüsü Willem (Villem) Arondeusun təsirli həyat hekayəsini təqdim edir.
 

Villem Arondeus 1895-ci ildə Amsterdamda anadan olub.

Altı bacı-qardaş olan ailədə ana-ata bir teatrın geyim dizayneri idilər. Gənc yaşlarından rəsm çəkməyi və yazmağı çox sevən Villemin sənətə olan sevgisini ailəsi də dəstəkləyib. Ailənin dəstəkləmədiyi tək şey onun cinsi orientasiyası idi. Villem 17 yaşında homoseksual kimliyini gizlətməmək qərarına gəlib. Növbəti il ​​ailəsi onu evdən qovub.


Həyatının ilk illərində bir işdən digərinə atılaraq dolanırdı.


Sonra bir gün ondan Rotterdam şəhər meriyasının divarını rəngləməyi xahiş etdilər. Bu, onun rəssam kimi ilk ciddi və dəyərli işi idi. Onun bir qədər mücərrəd və bir qədər də ənənəvi olan, bəzən Pikasso, bəzən də Rembrandtla müqayisə edilən bəzi əsərləri bu gün Metropoliten İncəsənət Muzeyində sərgilənir.

 

Almaniyada nasistlər baş qaldırmağa başlayanda Villem çox yaxşı həyat yaşayırdı.

 


 

Onun partnyoru Jan Tijssen ilə xoşbəxt münasibəti var idi. Bu ərəfələrdə o, holland rəssam və siyasi fəal Matthijs Marisin tərcümeyi-halının nəşrini öz üzərinə götürüb və bu işdən yaxşı gəlir əldə edirdi.
 

Təbii ki, müharibə bütün bunları dəyişdirəcəkdi. Nasistlər 1940-cı ilin mayında Hollandiyaya hücum edəndə ölkə xalqını öz tərəflərində saxlamaq istəyirdilər. Ona görə də əvvəlcə hollandlara mülayim yanaşdılar. Amma təbii ki, Arondeus kimi fərqli orientasiyası olan insanlar əvvəldən bəzi faktlardan xəbərdar idilər.

 

Nasistlər gəlməmişdən bir əsr əvvəl Hollandiyada eynicinsli nikah qanuni idi.


Yeni hökumət demək olar ki, dərhal yeni qanuni tənzimləmə ilə eynicinsli nikahları qadağan etdi.

Çox keçmədi ki, Arondeus Hollandiyada nasistlərə qarşı müqavimət hərəkatının bir hissəsi oldu.
Arondeusun bədii şəxsiyyəti müqavimətin mühüm hissəsinə çevrildi.
 

O, saxta şəxsiyyət vəsiqələri çap edən qrupun üzvü olub. Nasistlər Amsterdamın yəhudi əhalisinin arxasınca düşərkən o, dostları ilə birlikdə holland yəhudilərinə saxta şəxsiyyət vəsiqələri paylayıb. O, xalqı nasistlərə qarşı maarifləndirmək və müqavimətə yeni adamlar cəlb etmək üçün də yorulmadan çalışdı.
 

Lakin zaman keçdikcə holland yəhudilərinin xilası getdikcə çətinləşdi.


Vətəndaşlıq qeydiyyatı şöbəsində hər kəsin qeydləri var idi. Nasistlər də saxta şəxsiyyətləri aşkar etmək üçün bu kataloqdan istifadə edirdilər. Məlumatın idarə olunmasının qarşısını almaq istəyən Arondeus və qrupu bir plan qurur.


Nasist zabitləri paltarı geyinmiş Arondeus və dostları bu maskada vətəndaşlıq qeydiyyatı şöbəsinə gedərək, məmurların huşunu itirib, rəhbərliyin otağını bomba ilə partladaraq bütün holland sənədlərini məhv ediblər. Bu nailiyyət sonralar nasistlərə qarşı müqavimətin simvolik anlarından biri kimi yadda qalacaqdı.

 

Təəssüf ki, Arondeus və onun yoldaşlarının bu uğuru qısamüddətli oldu.




Tezliklə Gestapo tərəfindən tutuldular. Arondeus hücuma görə bütün məsuliyyəti öz üzərinə götürsə də, özündən başqa 12 nəfərin edamının qarşısını ala bilməyib. Müqavimət qrupundan bəzi şəxslər edam edilmədən ölkədən q

 

Arondeus isə vəkili vasitəsilə tarixə son sözlərini çatdıracaqdı:
 

“Bilin ki, homoseksuallar sizin kimi qorxaq deyillər”.


Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...