Nadir xüsusiyyətlərə malik insanlar

Nadir xüsusiyyətlərə malik insanlar

Dünyadakı hər kəs bir-birinə çox bənzəsə də, əslində bir-birindən çox fərqlidir. Bəzən bu fərqlər o qədər qəribə olur ki, dünyada ancaq bir neçə insanda rast gəlinir. Bu müstəsna insanların bəzilərində fərqli göz rəngləri, digərlərində isə daha çox qabırğa sayı ola bilər. Bu xüsusiyyətlərin siyahısını uzatmaq olar.

 

Sfera.az sizi təəccübləndirəcək nadir insan xüsusiyyətlərini təqdim edir.
 

Əvvəllər ağaclara dırmaşmaq üçün istifadə edilən palmaris vətəri olduğunu eşitmişdinizmi?




Palmaris vətərinə insanların təxminən 14%-də rast gəlinir. Bu vətərin olmaması çatışmazlıq deyil. Əzələnin ümumiyyətlə biləklərdə elastikliyi təmin etdiyi, ağaclarda hərəkəti asanlaşdırdığı və təkamül səbəbiylə bu gün bir çox insanda rast gəlinmədiyi düşünülür. Yəni onun olub-olmamasının insana heç bir əlavə təsiri yoxdur. Bəs sizdə bu əzələ varmı? Bunu çox asanlıqla təyin etmək olar. Çeçələ və baş barmağınızı birləşdirdiyiniz zaman biləyinizdə qoşa əzələ görürsünüzsə, bu, palmaris olduğunu bildirir.


Hər kəs ürəyinin bədəninin sol tərəfində olduğunu düşünür. Bəs ürəyiniz sağ tərəfdədirsə?




Bildiyimiz kimi, insan ürəyi normal olaraq sol tərəfdə yerləşir, lakin bəzi insanlarda nadir anomaliyalar olur və onların ürəyi bədənin sağ tərəfində yerləşir. Bu çox nadir haldır və ürəyin sağ tərəfdə yerləşməsi anomaliyası demək olar ki, 130 min insandan birində müşahidə olunur. Bu, ümumiyyətlə sağlamlığa heç bir mənfi təsir göstərmir. Lakin bu anomaliyaya malik olan şəxslərin bəziləri hərbi xidmətə, bəziləri isə işə qəbul edilmir.


Gözləriniz fərqli rəngdədirsə, çox nadir bir xüsusiyyətiniz var.


Heç ətrafınızda göz rəngi bir-birindən fərqli olan insanlarla rastlaşmısınızmı? Məsələn, bir mavi və bir qəhvəyi gözlü birini görə bilərsiniz. Ancaq bu, çox yayğın olmadığı üçün çox az insanda rast gəlinir. Bəs niyə bu xüsusiyyəti olan insanların gözləri fərqli rənglərə malikdir?

Çünki göz rəngi melaninin sıxlığına görə formalaşır. İki gözdə fərqli melanin sıxlığı varsa, heterokromiya meydana gəlir. Görməyə mane olmayan heterokromiya yalnız insanlarda rast gəlinən bir vəziyyət deyil, heyvanlarda da rast gəlinə bilər.


Əgər Morton barmağınız varsa, bu o deməkdir ki, siz 22% qrupundasınız.

Əgər ikinci barmağınız birincidən uzundursa, bu o deməkdir ki, sizin Mortonun barmağı adlı müstəsna bir xüsusiyyətiniz var. Bu müstəsna xüsusiyyət adını Dudley Joy Mortondan götürür. Morton, digərlərindən daha uzun olan ikinci barmağın əşyaları tutmaq üçün istifadə edildiyini düşünürdü. Qısacası, təkamül qalığı olduğu düşünülən bu xüsusiyyət dünyadakı insanların 22%-nə miras qalmışdır. Heç bir sağlamlıq problemi yaratmayan bu vəziyyət yalnız uyğun ayaqqabı seçilmədikdə çox ağrıya səbəb ola bilər.


Əlavə qabırğa ilə doğulan insanların olduğunu bilirdinizmi?

 



Əlavə qabırğa sümüyü böyüməzsə, heç bir problem yaratmır. Ancaq böyüyərsə, narahatlığa səbəb ola bilər. Sümük böyüyüb damarlara təzyiq edərsə, o qolda güc itkisi, sürətli yorğunluq və qollarda şişlik ola bilər. Sinirlərə təzyiq edərsə, ağrı və uyuşmaya səbəb ola bilər. Əlavə qabırğaların yaratdığı problemlər fiziki müalicə və ya cərrahiyyə ilə aradan qaldırıla bilər.
 

Əvvəllər hamının üzgəcləri olub?


Bir nəzəriyyəyə görə, bütün canlıların bir zamanlar üzgəcləri olub. Bioloq Nil Şubinin sözlərinə görə, bəzi insanların qulaqlarında tapılan kiçik dəlik bu vəziyyətin sübutudur. Əslində, qulaqdakı bu kiçik dəlik doğuş qüsuru kimi tanınır və ədəbiyyatda preaurikulyar sinus adlanır. Heç bir zərəri olmayan bu kiçik dəlik iltihab olarsa, tibbi müdaxilə tələb edə bilər.


Əgər sizdə ambidexter varsa, siz 1% arasındasınız.




Əllərdən istifadə üsulu insandan insana dəyişə bilər. Ümumiyyətlə, insanların 90%-i sağ əllərindən istifadədə üstünlük təşkil edirlər. Nadir hallarda insanların 9% -ində sol əli dominantdır. Bununla belə, hər iki əlin eyni üstünlüklə istifadə edildiyi müstəsna bir vəziyyət var. Bu xüsusiyyətə malik insanlar ümumi dünya əhalisinin yalnız 1%-ni təşkil edir.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...