Həkimdən bu tərkibli çörəklərlə bağlı XƏBƏRDARLIQ: "Mədə xəstəlikləri..."

Həkimdən bu tərkibli çörəklərlə bağlı XƏBƏRDARLIQ:

Son vaxtlar hazırlanan çörəklərin tərkibinə müxtəlif kimyəvi maddələr qatılır. Buna görə də, çörək orqanizmə mənfi təsir göstərir. İnsanların əksəriyyəti isə çörəkdən imtina etmək istəmir.

 

Bəs sağlamlığımızı qorumaq üçün çörəkdən imtina etməliyikmi?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Arzu Xəlilova bildirib ki, çörəyin tərkibinə qatılan kimyəvi maddələr insanlarda hormonal dəyişikliklərə səbəb olur.

 

Onun sözlərinə görə, çörək qanda şəkərin səviyyəsini yüksəldir: “Bir çox çörək növlərinin tərkibində qlisofat var. Qlisofat orqanizmdə müəyyən problemlər yaradan dərmandır. Bu maddə əsasən əkinçilikdə istifadə olunur və çörək vasitəsilə insan orqanizminə daxil olur. Bu da gələcəkdə mədə xəstəliklərinin yaranmasına səbəb olur. Çörəyə qlüten tərkibli qidalar da qarışdırılır. Qlüten insanların həzm edə bilmədiyi yeganə proteindir. Buğda, arpa və çovdar kimi taxıllı bitkilərdə rast gəlinir. Həzm problemləri olan insanlara bu tərkibli çörəklər ziyan edir”.

 

Arzu Xəlilova bildirib ki, insanların düşüncəsinə görə çörək faydalı qidadır. Lakin əslində bu belə deyil:

 

"Qlütensiz undan hazırlanan çörəkdən normasında istifadə etmək olar. Qarğıdalı və mərciməkdən hazırlanan çörəklər tövsiyə edilir”.

 

Həkim son olaraq əlavə edib ki, çörəyin tərkibinə qatılan un nə qədər kəpəkli, lifli olarsa, bir o qədər sağlamlıq üçün xeyirlidir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partlayıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.   Ha...

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...