Bu qidalar ölümcül xəstəliklərin riskini azaldır - FOTO

Bu qidalar ölümcül xəstəliklərin riskini azaldır - FOTO

Yediyimiz qidaların sağlamlığımıza böyük təsiri var. Bol tərəvəz istehlak etmək və şəkəri minimuma endirmək sağlam yaşamaq üçün yaxşı başlanğıc hesab olunur.

 

Tərkibindəki C vitamini sayəsində meyvələr əzələ zədələrini və ağrıları azaldır, kollagen istehsalı ilə göz sağlamlığını dəstəkləyir. Bu qidalardan bir neçəsi insan orqanizminə xeyirli olduğu qədər, yaşlanmanın da qarşısını alır.

 

Pomidor

Pomidor yemək dərimizi "içəridən xaricə" qocalmaqdan qoruyur və qırışlarla mübarizə aparmağa kömək edir. Pomidordan başqa, ispanaq, qırmızı bibər, kök və kələm kimi tərəvəzlər də antioksidantla zəngindir.

 

Dənli bitkilər və onlardan hazırlanan məmulatlar

Dənli bitkilər və onlardan hazırlanan məmulatlar yaşlanma əleyhinə effektivdir: sıyıq, qəhvəyi makaron, düyü və s. Tərkibi yalnız taxıl məhsullarından ibarət qidalar, hormonları yaşlandıqca dəyişməyə başlayan qadınlarda enerjini tarazlaşdırmaq üçün xüsusilə faydalı ola bilər. Ağ və təmizlənmiş karbohidratlardan fərqli olaraq, onlar enerjini yavaş-yavaş buraxdıqları üçün dərimizdəki kollageni zədələmir. Bu qidalar ürək xəstəliyi, bağırsaq xərçəngi, diabet, insult kimi ölümcül xəstəliklərin riskini azaltmağa kömək edir.

 

Fındıq

Fındıq E vitamini, zülal və omeqa-3 yağ turşuları və dərinin yenilənməsinə kömək edən sink kimi minerallarla zəngindir.

 

Yağlar

 

Somon və Sardina kimi yağlı balıqlar qan təzyiqini və ümumi ürək sağlamlığını idarə etməyə kömək edən vacib omeqa-3 yağları ilə zəngindir. Bu yağlar həm də təbii yağ baryerini qoruyaraq, dərini nəmləndirir və incə xətlərin görünüşünü azaldaraq dərinizin gözəl görünməsini təmin edir. Sağlam yağların başqa bir mənbəyi ürək sağlamlığına kömək edə bilən zeytun və kolza yağıdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...