Elm aləmində görünməmiş hadisə - Başından vurulduqdan sonra hər şeyi tərsinə görməyə başlayan adam

Elm aləmində görünməmiş hadisə - Başından vurulduqdan sonra hər şeyi tərsinə görməyə başlayan adam

Düz 86 il əvvəl nevrologiya dünyasını sarsıdan bir hadisə baş verib. Başından güllə yarası alan, lakin sağ qalan əsgərin hər şeyi alt-üst görməsi görünməmiş bir hadisə idi.

 

 

Bəs, “Pasient M” adlanan bu hal nədir və elm aləminə hansı faydaları gətirdi?


Sfera.az elm aləmində misligörünməmiş bu hadisə haqqında yazı təqdim edir.

Nə qədər qəribə səslənsə də, başından güllə yarası alan adamın gözlərini açanda hər şeyi tərsinə görməyə başlaması nevrologiya dünyasını alt-üst etmişdi.

1938-ci ildə İspaniyada Vətəndaş Müharibəsi zamanı başından güllə yarası alan 25 yaşlı xəstənin başına gələnlər daha sonra “Pasient M” (M xəstəsi) yaranmasına səbəb oldu.


 

Güllə yarasından sağ çıxan əsgərə hərbi xəstəxanada qulluq edən 28 yaşlı həkim Justo Qonzalo tərəfindən Xəstə M adı verilib.


Başından güllə yarası alan xəstə M-ə görə, gördüyü insanların və əşyaların yeri əslində olduqları yerin tam əksi kimi görünürdü. Üstəlik, bu, təkcə görmə duyğusu üçün deyil, eşitmə və toxunma duyğuları üçün də keçərli idi.

 



M-nin beyni həm normal, həm də tərs yazılan hərfləri və rəqəmləri oxuya bilirdi və onun beyni bu ikisi arasındakı fərqi dərk edə bilmirdi. Xəstə M həmçinin qol saatına baxdığı yerdən saatı oxuya bilirdi.

Xəstə M təxminən 50 il ispan nevroloqu Justo Gonzalo (Qonzalo) tərəfindən tədqiq edildi və onun təhlili insan beyninin fəaliyyəti haqqında bildiklərimizdə əhəmiyyətli bir dəyişikliyə səbəb oldu.

1940-cı illərdə Qonzalo beynin müxtəlif hissələrin məcmuəsi olmadığını, əksinə orqan boyunca tədricən paylanmış müxtəlif funksiyalara malik olduğunu irəli sürdü. Bu iddia o dövrün ənənəvi biliklərinə tamamilə zidd idi.

Qonzalo M xəstəsinin beynindən aldığı zədələri araşdırarkən başa düşdü ki, bu zədələr beynin müəyyən funksiyalarını məhv etmir, sadəcə olaraq müxtəlif funksiyaların tarazlığını pozur. Xəstə M tikinti sahəsində işçiləri səhv görsə belə, bu onun üçün problem deyildi.

Qonzalo bu vəziyyət üçün üç sindromu təsvir etdi: mərkəzi (çox hisslərdə fasilələr), parasentral (mərkəzi kimi, lakin qeyri-bərabər təsirlərlə) və marjinal (xüsusi hisslər üçün beyin yollarına təsir).

 

Nevroloq Qonzalo xəstə M ilə tanış olduqdan 85 il sonra onun qızı İzabel Qonzalo (fizik və Madridin Komplutense Universitetinin fəxri professoru) Xəstə M-nin və Qonzalonun beyin dinamikasının fizioloji şərhini tapmaq üçün atasının arxiv sənədlərinə yenidən baxdı.

Onun dərc etdiyi məqaləyə görə, Xəstə M-nin anormal vəziyyəti bugünkü analizlərə və klinik sınaqlara qiymətli alternativ elmi sübut kimi görünür və Justo Qonzalo tərəfindən hazırlanmış beyin dinamikası nəzəriyyəsinin əsaslarının yaradılmasına töhfə verir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...