Qəzaları niyə daha çox "Prius"lar törədir? - SƏBƏBLƏR AÇIQLANDI

Qəzaları niyə daha çox

Son zamanlar “Toyota Prius” markalı avtomobillərin iştirakı ilə tez-tez yol nəqliyyat hadisələri baş verir. Azərbaycanda taksi şirkətlərinə aid olan avtomobillər daha çox "Prius" markalı maşınlardır.  Elə məhz qəzaları törədənlər də əsasən "Prius" sürən taksi sürücüləri olur.

 

Nəyə görə daha çox “Toyota Prius” markalı avtomobillərin sürücüləri qəza törədirlər?


Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, ölkəmizə gətirilib istifadə olunan “Toyota Prius”lar çox vaxt köhnə olur:

 
“Bu avtomobillər hibrid mühəriklə təmin olunduğuna və daha az yanacaq yandırdığına görə çox idxal olunub. Bu gün taksi xidməti göstərən avtomobillərin əksər hissəsi də "Prius"lardır.  Həmin avtomobillər demək olar ki, texniki cəhətdən köhnədir. Həm də "Prius"lara texniki xidmət göstərən və xidmətə zəmanət verilən servislər də yox dərəcəsindədir. Ona görə də baş verən yol qəzalarında "Prius"ların payı çoxdur.


Deputat bildirib ki, bu günün əsas problemlərindən biri də taksi xidməti göstərən avtomobillərə və həmin avtomobillərin sağlamlıq dərəcəsinə gündəlik nəzarətin olmamasıdır:


“Taksi xidməti haqqında qəbul olunmuş yeni qanunda bu məqamlar öz əksini tapıb. Amma çox təəssüf ki, taksi xidmətində qiymətlər artsa da, pərakəndəlik hökm sürməyə davam edir. Taksi şirkətləri nə avtomobillərə, nə də sürücülərin sağlamlıq durumlarına nəzarət edir. Onlar üçün maraqlı olan gündəlik planın icrasıdır. Ona görə də taksi sürücüləri planı icra edib özləri üçün də nə isə bir şey qazanmaq naminə gecə-gündüz sükan arxasında olurlar. Yuxusuzluq və yorğunluq da qəzaların baş verməsinə yol açır”. 


Deputatın sözlərinə görə, taksi xidməti ciddi nəzarət olunmalı sahədir: “Burada həm avtomobillərin texniki sazlığı, təmizliyi, sürücülərin sağlamlıq durumu, iş rejimi hər gün xidmət qabağı müayinə olunmalı və müvafiq sənədlə təsdiq edilməlidir. Belə olan halda taksi xidmətində qayda-qanun yaranacağını düşünürəm.


Azər Badamov diqqətə çatdırıb ki, taksi sürücüsü işləmək insanlar üçün daha rahat qazanc deməkdir:


“Ona görə də çoxları gedib başqa sektorlarda işləmək əvəzinə bir köhnə "Prius" alıb taksi fəaliyyəti göstərməyi üstün tuturlar.Amma dünya praktikasında taksi xidmətinin göstərilməsi o qədər sadə iş deyil.  Məsələn, Türkiyədə şəhərlərdəki insanların sayına görə taksi lisenziyaları verilib və bu lisenziyaların qiyməti çox baha olur. Ona görə də hər adam bir köhnə avtomobil alıb taksi fəaliyyəti ilə məşğul ola bilmir. Belə olan halda da taksi sürücüsü işləyənlər o fəaliyyət növünün qədrini daha yaxşı bilirlər və insanlara yüksək xidmət göstərməyə çalışırlar”.


Məsələ ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, “Toyota Prius” markalı avtomobil sürənlərin böyük əksəriyyəti təcrübəsiz olurlar. 


“Sürücülər istirahət və iş rejimi olmadan fəaliyyət göstərirlər. Bir sifarişi başa çatdırmadan digər sifarişi gözlədikləri üçün fikirləri telefonda olur. Bu da özlüyündə diqqətsiz olmalarına və yol hərəkəti qaydalarını pozmalarına gətirib çıxarır”.  


Ekspertin sözlərinə görə bu maşınların böyük əksəriyyəti köhnədir:


“Texniki parametrləri sıradan çıxıb. Amma əsas günah sürücülərdə, sükan arxasında oturan şəxslərdədir. Sifarişi daha tez qəbul etmək cəhdləri də onların diqqətsizliyinə səbəb olur. Bir çox sürücü ehtiyac ucbatından ikinci iş olaraq taksi fəaliyyəti ilə məşğul olur. Yorğun sürücülər də qəzaların yaranmasının əsas günahkarlarıdırlar”


Elməddin Muradlı bildirib ki, bu avtomobillərin ucuz olması da taksi fəaliyyətində istifadə olunmasının əsas səbəblərindən biridir:

 

“Gələcəkdə bu məsələyə son qoyulacaq. Çünki 10 ildən çox istismar müddəti olan avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılır.  Bu markalı maşınların utilizasiya vasitəsilə sayları azaldılacaq”. 


Elməddin Muradlı son olaraq əlavə edib ki, taksi fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq lazımdır:


“Buna görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bir sıra tələblər qoyulub. Həmin tələblərə əsasən, müəyyən edilmiş sənədləri mütləq əldə etmək lazımdır.Əks halda bu qanunsuzluq hesab olunacaq və müəyyən cərimələr tətbiq olunacaq. Beləliklə insanlar asan gəlir əldə etmək üçün taksi fəaliyyətinə üz tuta bilməyəcəklər”.


Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...

“Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir - ŞƏRH

Bu gün “Əsrin Müqaviləsinin” imzalanmasından 30 il keçir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti bu müq...

Zelenski: "Ukraynanın Qələbə Planı müttəfiqlərin sürətli qərarlarından asılıdır"

Ukraynanın Rusiyaya qarşı müharibədə Qələbə Planı müttəfiqlərin bu il qəbul edəcəyi sürətli qərarlardan asılıdır.   Sfera.az “Reuters“ə i...

Yol polisindən sürücülərə MÜHÜM ÇAĞIRIŞ - FOTO

Yol qəzalarının acı nəticələri ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də sürücülərin yorğun, yuxusuz ...

Baş nazirin I müavini MDB İqtisadi Şurasının iclasında iştirak etdi

Bu gün Baş nazirin I müavini Yaqub Eyyubov Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 103-cü iclasında iştirak edib.   Sfera.az-ın report-a i...

İnternetdə milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvləri...