Rusları dəhşətə gətirən "Ağ Ölüm" ləqəbli - Simo Hayha

Rusları dəhşətə gətirən

İkinci Dünya Müharibəsi bir çox qeyri-adi hadisələrlə ən dağıdıcı bir dövr idi. Bununla belə, o qədər insan yaddaşımıza həkk olunub ki, heç vaxt unudulmayıb. Bu adlardan biri də sovet qoşunlarına qan udduran fin snayper Simo Hayha olub.

 

Sfera.az İkinci Dünya Müharibəsində rusları dəhşətə gətirən fin snayper Simo Hayha haqqında yazı təqdim edir. 

 

1905-ci ildə kiçik bir fermada anadan olan Simo kiçik yaşlarından atıcılıq bacarığını nümayiş etdirməyə başlayıb. Ovda göstərdiyi uğuru ailəsi ilə birlikdə yerli atıcılıq turnirlərinə daşıyan Simo qatıldığı yarışların çoxunda qalib olurdu.

 

1938-ci ildə orduda snayper təhsili alan Simonun məharəti təlimatçılarını belə heyrətə gətirir.

O, bir dəfə 150 ​​metr uzaqlıqdakı hədəfi bir dəqiqə ərzində 16 dəfə vurub. Ən maraqlısı isə, bunu sadəcə tüfənglə bacarması idi.

 

Simonun ordudakı vəzifəsi sovetlər gələnə qədər sadəcə ov idi.

 

Simonun qeyri-adi istedadı Finlandiya ilə Sovetlər arasında Qış Müharibəsi başlayan zaman bütün dünyanın diqqət mərkəzində olacaqdı.

 

Simo Hayha İkinci Dünya Müharibəsi zamanı Sovetlərin Finlandiyanı işğal etmək cəhdi zamanı baş verən 100 günlük müharibənin qəhrəmanı olub. Ruslar bütün qışı hardasa “keşikdə o olsa...” qorxu içində keçirmişdilər.

 

Həmin qış, rəsmi məlumatlara görə, Simo 542 sovet əsgərini öldürüb. Bu, gündə təxminən 6 nəfər demək idi...

Simonun bir gündə 25 əsgər öldürdüyü də təsdiqlənib. Müharibə başlayandan sonra Simonun adını bilməyən sovet əsgərləri qalmadı, hətta ona “Ağ ölüm” ləqəbi qoydular. Finlər Simonu "Sehrli Atıcı" adlandırırdılar. Göründüyü kimi, Simo hər iki tərəf üçün tamamilə fərqli mənalar daşıyan bir insana çevrilmişdi.

 

Simo Hayha və onun 30 digər silahdaşı 4 min sovet əsgərinə qarşı mövqelərini qoruyub saxlaya bilmişdi. 

 

Simonu fərqləndirən tək onun istedadı deyildi. O, həmçinin ən müasir snayper tüfənglərindən və nişangahlardan istifadə etməkdən imtina edib. Müharibə zamanı həyatı boyu istifadə etdiyi köhnə boltli tüfəngi yanında saxlayıb. Ən təcrübəli olduğu silahı seçmək, bəlkə də uğurunun sirlərindən biri idi.

 

Onun durbinsiz nişan almasının da strateji mənası var idi; bununla o, obyektivdən əks olunan hər hansı işığın yerini göstərməsinin qarşısını alırdı. 

 

Simo çox səbirli insan idi. Bütün günü qarla əhatə olunmuş vəziyyətdə hərəkətsiz qalaraq, yalnız gecələr hərəkət edirdi. Şiddətli soyuqların yaşandığı həmin qışda ağzından çıxan buxar yerini göstərməsin deyə qar yeyirdi. Bu, ağzındakı temperaturu aşağı salmağa kömək edirdi.

 

Finlandiyanın hər tərəf qarla örtülmüş ərazisində yaşıl geyimli rus əsgərlərini görmək çox çətin deyildi.

 

Simo verdiyi müsahibələrin birində o deyirdi:

 

“Nə vaxt düşməni görsəm, etdiyim tək şey güllə atmaq idi. Onun əsgər və ya komandir olması mənə maraqlı deyildi. Düşmənə qarşı heç bir hissim yox idi, sadəcə atəş açıb tüfəngi doldururdum”.

 

Simo Hayha 6 mart 1940-cı ildə çənəsinə dəyən güllə ilə üzünün yarısını itirdi.

 

Əslində öldüyü güman edilsə də, cəsədlər arasında hərəkət etdiyini görməklə, həyatı xilas edilib. Üzünü belə demək mümkünsə, “yararlı hala gətirmək üçün” 26 əməliyyat keçirməli olub.

 

Simo bu andan etibarən dolu bir həyat yaşadı.

O, Finlandiyada əfsanəyə çevrildi və hökumət ona ferma hədiyyə etdi. Ömrünü bu fermada əkinçilik və ov etməklə keçirən Simoya bəzən Finlandiyanın baş naziri Urho Kekkonen də qoşulurdu.

 

Təəssüf ki, Simo təkcə müharibədəki əməyinə görə təriflər almır, həm də ölümlə hədələnirdi.

 

O, Finlandiyanı qorumaq üçün lazım gələni etdiyini deyirdi. Onun sözlərinə görə, yerində kim olsa, belə etməsəydi, bu gün Finlandiya olmayacaqdı. Lakin ölümlə hədələndiyi üçün öz fermasında uzun müddət qala bilməyən Simo qohumlarının yanına köçüb. Simo Hayha 2002-ci ildə 96 yaşında vəfat edib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...