Keçmiş ərlərini öldürüb günahı övladlarının üstünə atan qadın - FOTO

Keçmiş ərlərini öldürüb günahı övladlarının üstünə atan qadın - FOTO

Şimali Karolinada anadan olan Betti Lou Beets həyatı boyu 5 nəfərlə ailə həyatı qurub. Evliliyində davamlı olaraq zorakılığa məruz qaldığını iddia edən qadın bir müddət sonra ərlərini öldürməyə başlayıb. Daha sonra günahı övladlarının üzərinə atmağa çalışan Betti 2000-ci ildə edam edilib. Qətlin təfərrüatları isə qan dondurur.

Sfera.az sizə Texas qatili, "Qara Dul" ləqəbli Betti Lou Bets haqqında yazı təqdim edir.


 

Qızılca xəstəliyi nəticəsində üç yaşında eşitmə qabiliyyətini itirən Betti Şimali Karolinada anadan olub.

O, burada bir çox kişi tərəfindən zorakılığa məruz qaldığını iddia edib.


Anası ruhi xəstəxanaya yerləşdiriləndə 12 yaşı olan Betti 15 yaşında artıq Robert Franklin Branson adlı adamla evlənib.

Evliliklərinin birinci ilindən sonra Betti münasibətlərin pis getdiyini düşünüb və onlar ayrılıblar.


Lakin Betti daha sonra intihara cəhd edib, cütlük yenidən bir araya gəlib.
 

Daha sonra Robert 1969-cu ildə Betti ilə münasibətini tamamilə kəsərək, ayrılıb.


1970-ci ildə Betti Billi York Leyn adlı başqa bir adamla evlənib. Amma bu evlilik də onun üçün son dərəcə pis olub.

Mübahisə zamanı Billi Bettinin burnunu sındırıb. Qisas almaq üçün ərini güllələyən Billi adam öldürməyə cəhddə ittiham olunub. Lakin Billi arvadını daim təhdid etdiyini etiraf edəndə bu ittihamlar təkzib olunub. Cütlük 1972-ci ildə evliliklərini bitirib.
 

"Texas ərlərimin başladığı işi bitirəcək."



 

Bundan sonra Betti 1979-cu ildə başqası ilə evlənib. Dördüncü əri Doyl Wayne Bakerdən boşandıqdan sonra o, 1982-ci ildə beşinci əri Cimmi Don Beetslə evlənib və yaşadığı yerdən uzaqlaşıb.


1983-cü ilin avqustunda Betti əvvəlki evliliyindən olan oğluna Cimmini öldürmək istədiyini, evi tərk etməsini tapşırıb.


Oğlu evə qayıdanda Cimmini güllə ilə öldürülmüş vəziyyətdə tapıb. Anası ilə birlikdə bu cəsədi Texasdakı evlərinin bağçasında basdırıblar. 1985-ci ilə qədər Betti qətllərdə heç bir iz, əsər-əlamət buraxmayıb.


1985-ci ildə Bettinin evində axtarış zamanı polislər Cimmi və dördüncü əri Doylun qalıqlarını tapıblar.

"Nə baş verdiyini xatırlamıram..."

 



Betti evinin qarşısındakı quyuda iki cəsəd tapıldıqdan sonra polis tərəfindən dindirilib. Övladları Bettinin əleyhinə ifadə verərək, analarına qətllərdə kömək etdiklərini etiraf ediblər. Lakin Betti günahsız olduğunu deyib və bütün günahı uşaqlarının üzərinə atıb.

“Anam ömrü boyu zorakılığa məruz qalıb...”


Övladları ifadələrində analarının uzun müddət zorakılığa məruz qaldığını da bildiriblər. Hər mübahisəyə baxmayaraq, Betti Bets qətldə günahkar bilinərək edam cəzasına məhkum edilib. Lakin o, dördüncü əri Doylun qətlinə görə mühakimə olunmayıb.


2000-ci ilin fevralında, 62 yaşında, Betti inyeksiya vasitəsilə edam edilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı sə...

Unibankdan daha bir yenilik - Müştərilərə Kredit həyat sığortası təklif olunur

Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni məhsul təklif edir. Artıq kredit götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və...

Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır.   Bəs peycer nədir və&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...