Dünyanın ən dəhşətli cinayətlərini törədən şəxslər

Dünyanın ən dəhşətli cinayətlərini törədən şəxslər

Soyuqqanlılıqla törətdikləri amansız qətllərlə məşhur olan bəzi silsilə qatillər var.
 

Sfera.az hətta FBİ və CİA-nı belə dəhşətə gətirirən bu qatillərin bəzilərini təqdim edir.


Harold Shipman: Dr. ölüm


Harold 1970-ci ildə İngiltərədə karyerasına başlayan tibb həkimi idi. Peşəsinə görə insanların həyatını xilas etmək əvəzinə, canlarını alırdı. 1998-ci ildə həbs olunan Dr. Ölüm ləqəbli Harold Şipman 28 illik vəhşiliyi zamanı geridə 200-dən çox cəsəd qoyub. O, qurbanlarını, əsasən 40 yaşdan yuxarı qadınlara yüksək dozada ağrıkəsicilər vuraraq öldürüb. Yaxalandıqdan sonra ömürlük həbs cəzasına məhkum edilən Dr. Ölüm hökmü verildikdən 4 il sonra intihar edib.
 

Luis Qaravito




Qaravito yoxa çıxması cəmiyyətdə çox da diqqət çəkməyəcək 6-13 yaş arası kimsəsiz oğlanları hədəfləyirdi. Bu uşaqlar açıq dəri və rəngli gözlərə malik idilər. Bu uşaqlar adətən yetimlərdən və kimsəsiz kəndlilərdən ibarət idi. O, uşaqların etimadını qazanmaq, onları inandırmaq üçün pul və konfet təklif edirdi. Luis Qaravito tez-tez özünü keşiş və ya rahib kimi gizlədirdi. Zorlama, işgəncə və qətllə nəticələnən vəhşi əməlləri üçün hazırlaşdığı növbəti “teatrın” qurbanı olub. O, cinayətlərinə yenisini əlavə etməyə hazırlaşırdı, amma işlər onun istədiyi kimi getmədi. Evsiz bir adamla dava etdiyini görüb, onu cinsi təcavüz ittihamı ilə saxlayıblar. 140 uşağı öldürdüyünü etiraf edən və 189 qətldə günahkar bilinən Qaravitoya 1853 il həbs cəzası verilib.


Albert Fiş: Brooklim Vampiri




Sidik içmək kimi davranışları olan Albert özünə zərər verməkdən həzz alırdı. Başqalarına ağrı vermək istəyi onu dünyanın ən qədim silsilə qatillərindən birinə çevirdi. O, tutularkən 3 nəfəri öldürdüyünü etiraf etsə də, əslində bu rəqəm 100-ə yaxın idi. İnsanlara işgəncə verən və təcavüz edən Bruklin Vampiri həm də adamyeyən idi. Hekayənin sonu qurbanının anasına məktub göndərməsi və uşağını necə yediyini izah etməyə çalışması olub. 65 yaşında yaxalanan Albert Fiş bu dəfə özü qurban olub.
 

Richard Ramirez

Ramirezin impulslarını tətikləyən əmisi oğlu olub. O, Vyetnam müharibəsində təcavüz etdiyi və öldürdüyü qadınların şəkillərini medal kimi göstərməkdən həzz alırdı. Hətta Ramirezin gözləri qarşısında öz arvadını öldürüb. Əmisi oğluna görə ağrı verməkdən duyduğu həzzi kəşf edən Ramirez, pisliklə itilənmiş iti bıçaq oldu. Qaniçən qatil ilk dəfə 1984-cü ildə hərəkətə keçərək 79 yaşlı qadının həyatına son qoyub. Satanizmin simvollarını ehtiva edən saysız-hesabsız zorlama, işgəncə və qətl hadisələri bir-birinin ardınca baş verməyə başladı. Amerikada qorxu yayan və Gecə Stalkeri adlandırılan Riçard Ramirez 14 nəfəri öldürüb.
 

Samuel Little


Samuel kriminal aləmin qapılarını oğru kimi açıb. Qapıdan içəri girəndə öz hərəkətlərinə təcavüz və qətli də daxil etməkdən çəkinməyib. Qaradərili qadınlar arasından seçdiyi qurbanlarını boğaraq öldürürdü. Onun 1970-2005-ci illər arasında törətdiyi 93 qətl 2012-ci ilə qədər gizli qaldı. Tutulmamasının ən böyük səbəbi öldürdüyü insanların seks işçiləri və ya evsizlər olması idi. Müasir texnologiya ilə aparılan araşdırma dövrün qaranlıq sirlərini üzə çıxarıb. 2014-cü ildə həbs edilən Samuel Little FBİ tərəfindən ABŞ tarixinin ən bədnam serialı qatili kimi təsvir edilib.
 

Pedro Lopez: And dağlarının canavarı

Kiçik bacısına qarşı cinsi zorakılıq etdiyi üçün evdən qovulan Pedro həyatını küçələrdə və həbsxanalarda keçirib. 1969-cu ildə başlayan qətl macərası 1980-ci ildəki uğursuz cəhdinə qədər davam edib. 57 qızı qətlə yetirməkdə təqsirli bilinən Pedro Ekvadorda cəmi 16 il həbs cəzasına məhkum edilib. 14 il həbsdə qaldıqdan sonra ruhi xəstəxanaya yerləşdirilən “And Canavarı” 1998-ci ildə cəmi 50 dollar girov müqabilində azadlığa buraxılıb. Təəssüf ki, And Canavarının hazırda harada olduğu bilinmir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...