Lider olaraq doğulan bürclər: Onlar uğurlu idarəçidirlər

Lider olaraq doğulan bürclər: Onlar uğurlu idarəçidirlər

Bəzi insanlar liderlik keyfiyyətləri sayəsində iş həyatında həmişə uğur qazanırlar. Onlar adətən məqsədlərinə asanlıqla çatır və idarəçi olurlar. 

 

Sfera.az bu dəfə lider olan bürclərlə bağlı məlumatları təqdim edir.

 

Dolça bürcü -  Adətən hər kəsi fərqli fikirləri ilə ruhlandırırlar. Onlar lider ola bilsələr də, hər kəs tərəfindən sevilməyə də bilərlər.  Onların ideyaları və yenilikçi konsepsiyaları var. Şəxsi məsələlərlə məşğul olmaq məcburiyyətində qaldıqları zaman işlərində problemlər yarana və anidən hər şeydən sıxıla bilərlər. 

 

Şir bürcü - Komanda işini idarə etməyi yaxşı bacarırlar. Bununla belə, özlərinə güzəştə getməyi sevmirlər. Şir bürcü tənqidi qəbul edə bilmir, bunu öz şəxsiyyətlərinə təhqir kimi dəyərləndirirlər. Bu da onlarla işləməyi çətinləşdirə bilər. Buna baxmayaraq bu bürcün nümayəndələri lider olaraq doğulublar.

 

Əqrəb bürcü - Həm çox yaxşı həmkar,  həm də rəhbərlərdir. İşlərinə çox ciddi yanaşdıqları üçün məsuliyyətləri ilə bağlı şişirdilmiş davranışlar göstərə bilərlər. Onlar adətən qaranlıq duyğularını gizlədir və heç vaxt dürüst olmurlar. 

 

Balıqlar bürcü – Onlar da lider olaraq çox yaxşıdırlar. Lakin problem ondadır ki, əgər onlar bir şeyə qarşı həvəsli deyillərsə,  heç vaxt risk etmirlər. Hər şeyi təsəvvür etdikləri kimi planlaşdırıb həyata keçirmək istəyirlər. Balıqların əhvalı çox dəyişkəndir. Bu dəyişiklik iş həyatlarına da təsir edir.

 

Qoç, Buğa, Əkizlər, Xərçəng, Qız, Tərəzi, Oxatan və Oğlaq situasiyaları ədalətli şəkildə həll etsələr, yaxşı rəhbər ola bilərlər.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

“Son zəng”də şagirdlər məktəbli formasında olmalıdır – Rəsmi AÇIQLAMA

“Son zəng”də şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir. Bu o deməkdir ki, “Mən bu məktəbin bir h...

Uşaqlar daha çox hansı valideyninə bənzəyir? - Yeni ARAŞDIRMA

İndiyədək geniş yayılmış fikrə görə, hər bir insan genlərinin 50 faizini anadan, 50 faizini isə atadan miras alır. Lakin son elmi araşdırmalar bu təsəvvürə yeni...

Tramp 30 kilodan belə qurtulub - Pizza, "Oreo" yeyirmiş...

ABŞ Prezidenti Donald Trampın son illər ərzində 30 kiloqrama yaxın arıqlayıb. Bu, cəmiyyət tərəfindən də maraqla qarşılanıb. Ən çox diqqətçəkən məqam isə Trampı...

Sumqayıtda avtobus yük maşını ilə toqquşdu - VİDEO

Bu gün saat 11:30 radələrində Sumqayıtda 3 nömrəli marşrut avtobusu yük maşını ilə toqquşub.   Bu barədə Sfera.az-a Baş DYP İdarəsinin rəsmisi, polis...

QR kod ilə ödəniş etmək RİSKLİDİR

Müasir dövrdə nağdsız ödənişlər arasında geniş yayılan QR kod texnologiyası sürətli və rahat istifadə imkanları ilə yanaşı, bir sıra texniki və təhlükəsizlik ri...

Varlıların həyat tərzi planet üçün təhlükədir - Yeni TƏDQİQAT

Tədqiqatçılar planet əhalisinin müxtəlif təbəqələri arasında iqlimə təsirdə şok edici fərq aşkar ediblər.    Sfera.az xəbər verir ki, “Nat...