Təmizkar olmayan bürclər - Onlar ev işlərində tənbəldirlər

Təmizkar olmayan bürclər - Onlar ev işlərində tənbəldirlər

Təmizkar insanlar nizamlı yaşamağı sevirlər. Ətrafı çirkli görəndə narahat olurlar. Ancaq bəziləri üçün bu, o qədər də vacib deyil.

 

Sfera.az bu dəfə təmizkar olmayan bürclərlə bağlı məlumatı təqdim edir.

 

Xərçəng bürcü - Ümumiyyətlə çox təmiz görünürlər. Amma onlar yalnız ətrafdakı dağınıqlığı təmizləyirlər. Buna çox vaxt sərf etməyi sevmirlər. Onlar qısa müddətdə evlərini qaydaya salmağın yollarını bilirlər. Bununla belə, xərçəngin qarderobunu açsanız, bütün paltarlar üstünüzə düşəcək.

 

Əqrəb bürcü - İstədikləri zaman təmizlik etməyi xoşlayırlar. Onların bununla bağlı xüsusi rejimi yoxdur. Əqrəblər natəmiz yerdə bir neçə gün qala bilərlər. Lakin mətbəx təmizliyinə çox diqqət yetirirlər.

 

Oğlaq bürcü – Təmiz görünsələr də, evləri düşündüyünüzdən daha qarışıq və çirkli ola bilər. Onların özünəməxsus dağınıqlığı var. Bu qarışıqlıqda belə nizam-intizam yarada bilirlər. Təmizliyə vaxt sərf etməyi sevmirlər.

 

Əkizlər bürcü – Davamlı təmizlik etməyi sevmirlər. Onlar da adətən dağınıq olur. Ancaq istədikləri zaman dünyanın ən təmiz insanları kimi davranmağı bacarırlar.

 

Oxatan bürcü - Özlərinə və görünüşünə çox diqqət yetirirlər. Ancaq evdə bu qayğını çəkmək istəmirlər. Bu, oxatanlar üçün vaxt itkisidir.

 

Balıqlar bürcü - Evlərinin təmizliyinə diqqətsiz yanaşırlar. Məcbur olmadıqca bunu etmirlər. Evi təmizləməmək üçün milyonlarla bəhanə gətirirlər.

 

Qoç, Buğa, Şir, Qız, Tərəzi və Dolça təmiz və səliqəli yaşamağı sevir. Onlar vaxtlarının çoxunu ev təmizliyinə həsr edə bilirlər.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...