Hamımızın yaxşı tanıdığı məşhur aktyorların maraqlı kəşf hekayələri

Hamımızın yaxşı tanıdığı məşhur aktyorların maraqlı kəşf hekayələri

Aktyorlar həm filmlər, həm də seriallar vasitəsilə bu və ya digər şəkildə bütün həyatımıza toxunmağı bacarır. Onları bu sehrli dünyaya aparan yollar isə çox müxtəlif və maraqlıdır.


Sfera.az hamımızın yaxşı tanıdığı aktyorların maraqlı kəşf hekayələrini təqdim edir.


Pamela Anderson - Futbol oyununda böyük ekranda görünməklə



Pamela Anderson 1989-cu ildə fitnes məşqçisi kimi çalışırdı. Bir dəfə dostları ilə futbola baxmağa getmişdi və tamaşaçıların arasından keçən kamera birdən onu ön planda verir. Pamela əyləncə üçün ayağa qalxıb hamıya əl yelləməyə başlayıb. Bundan sonra, o, köynəyində adı yazılan pivə şirkətinin reklam siması olub.


Charlize Theron (Şarliz Teron) Kassirlə dalaşmaqla

Kinoda şansını sınamaq üçün Los-Ancelesə gedən Şarliz Terona anası bir az pul və birtərəfli bilet verib. Həftələr keçsə də aktrisa və ya model olmağın yolunu tapa bilməyən Teron hesabında qalan son pulu çıxarmaq üçün banka gedib. O, çeki qəbul etməyən kassirlə dava edəndə menecer Con Krosbinin diqqətini çəkib. O, Terondan aktrisa olub-olmadığını soruşub. “Deyiləm, amma olmaq istəyirəm" cavabını verəndə bütün qapılar qəfildən onun üzünə açılıb.


Conni Depp - Filmin çəkiliş meydançasında dostuna dəstək olmaq üçün gedib

Dünyanın ən yaraşıqlı kişilərindən biri olan Conni Depp əslində çəkiliş üçün dostunu dəstəkləməyə getmişdi. O zaman rejissor Conni Deppdən rol üçün oxumağı xahiş edib və onun aktyorluq karyerası belə başlayıb.


Natali Portman - Pizza yemək

Natali Portmanın 11 yaşı var idi və pizzasını yeyirdi. Bu zaman kino nümayəndəsi onu görüb və danışmağa başlayıb. Portman model olmaq istəmədiyini, amma aktrisa ola biləcəyini deyib. Bəzi aktyorluq sənətini öyrəndikdən sonra o, 1993-cü ildə Mathilda Lando (Léon filmində) obrazı üçün sınaqdan keçdi və rolu qazandı.
 

Ellen Pompeo - Bufetçi işləyərkən

Ellen Pompeo 90-cı illərin ortalarında Nyu Yorkda barmaid işləyirdi. Kastinq agentliklərindən birində işləyən bir nəfər Pompeonu gördü, ondan təsirləndi və L'Oreal reklamlarında çəkilmək üçün müqavilə bağladı. Məşhur aktyor tezliklə “Law & Order and Friends” serialında çəkilib.


Mel Gibson - Dostunu dinləmələrə aparır

Mel Gibson dostunu dinləmələrə aparırdı. Gibsonun üzü bir gecə əvvəl barda gedən davada iştirak etdiyi üçün göyərmişdi. Gibsonu görən məşhur rejissor Corc Miller bu adamın Dəli Maks roluna uyğun olduğunu düşünüb.


Harrison Ford - Dülgərlik edərkən




Harrison Ford aktyor olmaq üçün Hollivuda üz tutsa da, işlər onun istədiyi kimi getmədi. O, çörəkpulu qazanmaq və ailəsini dolandırmaq üçün dülgərliklə məşğul olub. Daha sonra Corc Lukasın “Amerikan qraffiti” filmində rol aldı, lakin onun məşhur aktyora çevrilməsi gözlədiyi qədər tez olmadı. Corc Lukas “Ulduz Döyüşləri” üçün hazırlıqlara başlayanda Ford setlərdə dülgər işləyirdi. Lukas Fordu görəndə onu dərhal tanıdı. Ondan Han Solo obrazı üçün sınaqdan keçirilməsini istədi və Ford bu rolu aldı.


Ashton Kutcher (Eşton Kuçer) - Barda əylənərkən




1996-cı ildə Ayova Universitetində mühəndislik təhsili alan Eşton Kuçer barda oturub əylənərkən agentlik əməkdaşının diqqətini çəkib. Agentliyin əməkdaşı Eştonu “Fresh Faces” model yarışmasında iştirak etməyə razı salıb. Eşton müsabiqədə birinci yeri qazanaraq məktəbi yarımçıq qoyub və model olmaq üçün Nyu-Yorka gedib.


Chris Pratt (Kris Prat) - Restoranda xidmət edərkən

Kris Prat kəşf edilməmişdən əvvəl evsiz idi. O, bir restoranda ofisiant olanda, məşhur rejissor Rae Dawn Chonga xidmət edərkən kəşf edilib.
 

Peter Mayhew - Böyük ayaqlarına görə qəzetlərdə

Peter Mayhew xəstəxanada təmizlikçi kimi işləyərkən uzun boyu və iri ayaqları ilə qəzetlərdə görünüb. Bu xəbəri görən prodüser Çarlz H.Şneer “Sinbad” və “Pələngin gözü” filmləri üçün Mayhew ilə görüşmək istəyib. Mayhew rolu sadəcə hündür olduğu üçün aldı. Daha sonra 6 “Ulduz Müharibəsi” filmində oynayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...

Yerə asteroid yaxınlaşır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   Sfera.az xəbər verir ki, b...