Dünya ulduzlarının qəribə vərdişiləri

Dünya ulduzlarının qəribə vərdişiləri

Pərəstişkarları şou-biznes ulduzlarını ideal görməyə öyrəşiblər. Buna baxmayaraq, çox az adam bilir ki, dünya şöhrətli aktyor, müğənni, futbolçu və digər məşhurların qəribə vərdişləri var.

 

Sfera.az dünyanın məşhur sənətçilərinin ən qəribə vərdişlərindən seçmələr təqdim edir.
 

Madonna


65 yaşlı amerikalı müğənni Madonna ayaq göbələklərinə tutulmaqdan qorxur. Məhz buna görədir ki, dünya şöhrətli müğənni hər səhər və axşam ayağına idrar edir. Bu xəstəliyin qarşısını almaq üçün bir ritualdır.

 

Sandra Bullok
 

 

“İtirilmiş şəhər”, “Təklif” və digər filmlərdəki rolu ilə tanınan 59 yaşlı amerikalı aktrisa Sandra Bullokun həmişə gənc qalmaq istəyinə görə qəribə gündəlik ritualları var. Aktrisanın gecələr üz maskası əvəzinə hemoroid (babasil) əleyhinə krem ​​sürdüyü məlum olub.


Tom Kruz

 



Sandra Bullokun kolleqası Tom Kruzun da oxşar yaşlanma əleyhinə prosedur etdiyi məlumdur. Dünya şöhrətli aktyor hər axşam üz maskası əvəzinə bülbül nəcisindən hazırladığı məlhəmi düyü kəpəyi və su ilə qarışdırıb, üzünə sürtür.
 

37 yaşlı “Alatoran” filminin aktyoru Robert Pattinsonun yuyunmamaq kimi qəribə vərdişi var. Aktyor özünü elə vəziyyətə salır ki, özü də xoşagəlməz qoxusundan narahat olur. Bir dəfə müsahibəsində aktyor etiraf edib ki, saçının təmizliyi onun üçün heç bir əhəmiyyət kəsb etmir. Buna görə də hətta elə olub ki, 6 həftə saçlarını yumayıb. Bundan başqa, aktyor evin təmizliyinə az fikir verir, dırnaq gigiyenasına əhəmiyyət vermir.


“Karib dənizinin quldurları”, “Troya” və digər filmlərdəki rolu ilə tanınan 46 yaşlı britaniyalı aktyor Orlando Blumun da oxşar vərdişi var. Aktyor eyni paltarı həftələrlə rahatlıqla geyinib, aylarla eyni çarpayıda yata bilər. Üstəlik, Orlando Blum onunla eyni yataqda yatan itini də yumur.



Katy Perry (Keti Perri)

 



39 yaşlı müğənni Keti Perrinin də maraqlı vərdişləri var. Müğənni ictimaiyyət arasında qaz buraxmaqdan çəkinmir, həmçinin gündə 6 dəfə dişlərini fırçalayır, hər dəfə fərqli fırçalardan istifadə edir.
 

Brad Pitt (Bred Pit)


Amerikalı kinoaktyor, prodüser, “Oskar”, “Qızıl Qlobus”, “Emmi”, “BAFTA” və digər mükafatlar laureatı Bred Pitt burun və qulaqlarını qurdalamağəı sevir.


Lady Gaga (Ledi Qaqa)


Ledi Qaqa balsız yaşaya bilmir. Müğənni etiraf edir ki, günün istənilən vaxtında qaşıqla bu sakitcə bal dadmağa vaxt tapır.


Amma 48 yaşlı aktrisa Ancelina Coli daha çox ekzotik yeməklərə üstünlük verir. O, tez-tez həşərat və böcəklərlə ziyafət edir. Onun uşaqları da belə qeyri-adi delikatesləri çox sevirlər. Aktrisa bu həşəratların norma hesab edildiyi ölkələrə aktiv səyahətlərdən sonra qəribə qastronomik vərdiş formalaşdırıb.


David Beckham (Devid Bekhem)


48 yaşlı futbolçu Devid Bekhemin maraqlı vərdişi var. Futbolçu hesab edir ki, evdəki bütün əşyalar cütləşdirilməlidir. Bu qidaya da aiddir.


Heidi Klum (Haydi Klum)

50 yaşlı alman top-model Haydi Klum heç vaxt evindən talismansız çıxmır. Bu talisman dörd övladının süd dişləri olan çantadır.


Johnny Depp (Conni Dip)



60 yaşlı aktyor Conni Depp psixopatik qatillərin fotoşəkillərini, klounların və hətta içərisi doldurulmuş heyvanların rəsmlərini toplayır. Bundan əlavə, aktyor Barbi kuklalarının kolleksiyasını yığır. Aktyorun sözlərinə görə, o, tez-tez filmlərdən səhnələri də məşq edir.


Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Yüngül burun axıntısı görün hansı fəsadlara səbəb ola bilər

Burun axması xəstəliyin ən çox görülən simptomlarından biridir. İnsanlar çox vaxt buna əhəmiyyət vermirlər, lakin bu, ciddi fəsadlara səbəb ola bilər.  ...

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq s...

Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.   Sfera.az xə...

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 v...

Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisind...

İranda güclü zəlzələ oldu

İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə IMNA məlumat ya...