“Musiqinin öldüyü gün” - Dünyanın ən böyük musiqi festivalında baş verən xoşagəlməz hadisələr

“Musiqinin öldüyü gün” - Dünyanın ən böyük musiqi festivalında baş verən xoşagəlməz hadisələr
Dünyaca məşhur “Woodstock 1969” festivalının otuzuncu ildönümündə keçirilməsi planlaşdırılan “Woodstock 1999” Musiqi Festivalı, festivalın nəzərdə tutulduğu "sülh" və "qardaşlıq" anlayışlarından uzaq, xaotik atmosferi ilə yadda qalıb. Tarixdə bu gün “musiqinin öldüyü gün” adlandırılır. 
 
Sfera.az nəqliyyat vasitələrinin yandırıldığı, insanların yaralandığı, cinsiyyətçilik və hər cür ayrı-seçkiliyin pik həddə çatdığı festivalda baş verən xoşagəlməz hadisələri sizin üçün təqdim edir.
 
1969-cu ildə keçirilən “Woodstock” Musiqi Festivalı dünya musiqisini kökündən dəyişdirdi.
 
 
 
Populyar musiqi tarixinin ən mühüm səhifələrindən biri olan 1969 Woodstock Festivalı saysız-hesabsız mahnılara, kitablara və filmlərə ilham verib. Bu festivalın ideya müəllifləri dünyaca məşhur Hippilər idi.
 
Kütlənin əyləndiyi, səhnəyə çıxan əfsanəvi musiqiçilərin görüntüləri müxtəlif nəsillərdən olan musiqisevərləri təsəlli edərkən, festivalın yubileylərində də oxşar tədbirlər təşkil etməyə çalışanlar olub.
 
1999-cu ildə keçirilən festivalın  versiyasına böyük ümidlərlə start verilib.
 
Təşkilatçılar azadlığı və bütün “əks-mədəniyyət” elementlərini əhatə edən 1969-cu ildə populyar mədəniyyətin görkəmli hissəsinə çevrilən festivalın sehrini təkrarlamaq üçün əllərindən gələni etdilər. Onlar Nyu Yorkda orijinal festivalın keçirildiyi yerdən 160 kilometr aralıda ərazi tapdılar və keçmiş Amerika aviabazasının yerində nəhəng səhnələr quruldu.
 
Festivaldan əvvəl digər festivallarda yaşanan izdihamın təkrarlanmaması üçün müxtəlif tədbirlər görülüb.
 
 
Bu tədbirlərdən birincisi konsertlərin keçiriləcəyi ərazinin uzun divarlarla əhatə olunması idi. Festival ərazisi təxminən üç yarım metr uzunluğunda faner və metal hasarlardan hazırlanmış divarlarla əhatə olunmuşdu. Məqsəd izdihamın qarşısını almaq və konsertə biletsiz qulaq asmağa gələnlərin içəri girməsinə mane olmaq olub. “Sülh divarları” adlanan bu divarlar festival başlayandan sonra gələn izdiham tərəfindən dağıdılıb. Üstəlik, izdihamdakı insanlar festivalın keçirildiyi əraziyə girməyə deyil, haqqında yazacağımız səbəblərə görə çölə çıxmağa çalışırdılar.
 
Giriş biletləri kifayət qədər baha idi.
 
 
Üç gün davam edəcək festivala giriş biletləri 150 dollara satılıb. Bu, digər musiqi festivalları ilə müqayisədə nisbətən yüksək məbləğ idi. Mətbuatda bilet satışının yaxşı getmədiyi, 180 minə yaxın biletin satıldığı və bu rəqəmin təxmin ediləndən aşağı olduğu barədə xəbərlər yayılmışdı.
Konsertlər başlayandan sonra işlər daha da pisləşməyə davam etdi.
 
 
Festival 22 iyul 1999-cu ildə başladı. Ümumilikdə təxminən 400 min insanın izlədiyi konsertlər MTV-də də canlı yayımlanıb. James Brown, Limp Bizkit, Jamiroquai, Red Hot Chili Peppers, DMX, Rage Against the Machine və Alanis Morissette kimi adlar səhnəyə çıxıb. Lakin birinci problem festival ərazisində tamaşaçıların içməli suya ehtiyacınım çox çətin qarşılanması idi. Ərazidə bir şüşə su dörd dollara satılırdı. Bəzən 38 dərəcəyə çatan temperaturda su tapmaq üçün bir-biri ilə yarışan izdiham, məhdud sayda su krantlarının yanında uzun növbələr yaradıb.
 
 
Festival ərazisində yüksək temperatur da ciddi problem olub.
 
 
Festivalın keçirildiyi ərazinin böyük hissəsi (əvvəllər hərbi hava bazası kimi istifadə olunurdu) asfaltdan ibarət olduğundan, artıq yüksək temperaturdan şikayətlənən iştirakçılar daha da sıxılıblar. Festivalın iki əsas mərhələsi arasında iki kilometrdən çox məsafə var idi ki, bu da olması lazım olduğundan çox idi. Bu o demək idi ki, 40 dərəcəyə yaxınlaşan temperaturda su belə tapa bilməyən iştirakçılar iki kilometr asfaltda piyada getməli olurdular. Bəzi insanlar istidən və susuzluqdan huşunu itirib. Festivalın yarısında 700-dən çox insanın susuzluq və istidən qaynaqlanan səbəblərə görə ilkin tibbi yardım aldığı deyilirdi.
İzdiham ilk gündən başladı..
 
 
Festivalın ilk günü “Insane Clown Posse” qrupunun konserti zamanı qrup üzvləri tamaşaçılara 100 dollarlıq əskinaslar atmağa başlayıb və bu, xaosa səbəb olub. Festival ərazisində içməli su 4 dollar olduğu halda, hazır pizzaların qiyməti 12-15 dollar civarında olub. Belə ki, qrup üzvlərinin səhnədən atdıqları 100 dolları almaq üçün bir-biri ilə yarışan iştirakçılar arasında dava düşüb.
 
 
İşlərin tamamilə nəzarətdən çıxması da çox çəkməyib. 
 
 
Şənbə gününə təsadüf edən festivalın üçüncü günündə zorakılıq pik həddə çatıb. Əvvəldən ərazidə izdiham yaradıb, səhnəyə çıxan hər qadına “döşlərini aç” qışqırıb, tualetləri dağıdan bir kütlə mövcud idi. Bu iştirakçıların toksik davranışları, təşkilatçıların səriştəsizliyi ilə birləşdikdə fəlakət qaçılmaz oldu. Limp Bizkit səhnəyə çıxanda tamaşaçılar “Break Stuff' mahnısının sədaları altında ətrafdakı hər şeyi sındırdılar. Eyni konsert zamanı və sonrasında bir çox tamaşaçı cinsi qısnamaya məruz qaldıqlarını əsas gətirərək polisə müraciət edib.
 
 
İştirakçıların çoxu qalmağa yer belə tapa bilməyib
 
 
Festival ərazisindəki xaotik ab-havadan uzaqlaşıb mehmanxanada məskunlaşmaq istəyən iştirakçılar daha bir pis sürprizlə qarşılaşıblar: Əraziyə yaxın otellərdə yer qalmayıb. Beysbol federasiyasının eyni tarixlərdə təşkil etdiyi “şöhrət zalı” tədbiri səbəbindən festivalın keçirildiyi Romada boş otel otağı tapmaq demək olar ki, mümkün deyildi. Aylar əvvəl rezervasiyalarını dolduran otellər hətta Alanis Morissette və Howard Stern kimi məşhur qonaqları geri çevirməli oldular.
 
 
Həddindən artıq sıxlığın qarşısını almaq mümkün olmadı
 
 
Bəzilərinin fikrincə, saxta biletlə festivalın keçirildiyi əraziyə girməyə cəhd edənlərin sayı real bilet alan iştirakçılardan çox olub. Festivalın başlamasına iki gün qalmış bilet qiymətləri 180 dollar civarına qalxanda minlərlə insan çıxış yolunu saxta bilet istehsal etməklə tapdı. Bununla da kütlə ərazini doldurdu və izdiham getdikcə böyüdü. Qapılarda gözləyən mühafizəçilərin hər saatda hər qapıda 50-yə yaxın saxta bilet müsadirə etdiyi bildirilir. Buna baxmayaraq, ərazidəki tamaşaçıların faktiki sayının neçə olduğunu heç kim bilmədiyi üçün izdiham nəzarətdən çıxıb.
 
 
Bağlanış konsertində baş verən yanğın isə festivalda xüsusi iz buraxıb.
 
 
Son gündən etibarən “Milçəklərin Rəbbi” romanına bənzəməyə başlayan festivalın bağlanış konsertində səhnəyə çıxan Red Hot Chili Peppers, Jimi Hendrixin 1969-cu ildə “Woodstock”dakı əfsanəvi ifasına istinad edərək, “Fire” mahnısını oxumağa qərar verdikdə sizcə nə oldu? Festivalın keçirildiyi ərazinin müxtəlif yerlərində tonqallar yandırılıb. Bu odlar böyüyüb alova çevrilib, insanların maşınları, çadırları yanıb kül olub. Günün sonunda Nyu York Ştat Əsgərləri içəri girib iğtişaşları yatırtsa da, sonrakı hadisələr zamanı köhnə aviabaza yararsız hala düşüb.
 
 
Festivaldan sonra daha bir Woodstock festivalı uzun müddət keçirilməyib
 
 
1969-cu ildə keçirilən əfsanəvi festivalın otuzuncu ildönümünü qeyd etmək üçün təşkil olunan “Woodstock 1999”, üç nəfərin ölümü, 123 nəfərin yaralanması və ölçüyəgəlməz maddi itki ilə başa çatıb. Jurnalist Ceyn Qanahl böyük miqyaslı Woodstock festivalının bir daha yenidən keçirilə biləcəyinə şübhə etdiyini bildirərək,  1999-cu il festivalını "musiqinin ölən günü" kimi təsvir etdi. 
Lakin on il sonra, 2009-cu ildə festivalın qırxıncı ildönümünü qeyd etmək üçün bir sıra konsertlər keçirildi. Görülən ciddi ehtiyat tədbirləri və müxtəlif yerlərdə keçirilən konsertlər sayəsində böyük bir xoşagəlməz hadisə baş vermədi. 2019-cu ildə əllinci ildönümünün qeyd edilməsi planlaşdırılan “Woodstock 2019” tədbir təşkilatçıların dediyi kimi, "gözlənilməyən maneələr səbəbindən" ləğv edilib.
 
Xanım
Sfera.az

OXŞAR XƏBƏRLƏR

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...

Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edildi

Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy ray...