Dünyanın ən ucuz şəhərləri hansılardır? – SİYAHI

Dünyanın ən ucuz şəhərləri hansılardır? – SİYAHI

Böyük Britaniyada yerləşən “Economist Intelligence Unit” adlı analitik mərkəz dünyanın ən ucuz 11 şəhərinin adını müəyyənləşdirib. 


Sfera.az xəbər verir ki, bu məqsədlə 173 şəhərdə qiymətlər öyrənilib. 


Aparılan araşdırmalar göstərir ki, yaşamaq üçün ən ucuz şəhərlərin siyahısına Suriyanın Dəməşq şəhəri başçılıq edir. Dəməşqdə qiymətlər Nyu-Yorkla müqayisədə 7,7 dəfə aşağıdır. 


Siyahıda növbəti yerləri Tehran (İran), Tripoli (Liviya), Kəraçi (Pakistan), Daşkənd (Özbəkistan), Tunis (Tunis), Lusaka (Zambiya), Əhmədabad (Hindistan), Laqos (Nigeriya), Çennai (Hindistan) və Buenos-Ayres (Argentina) tutur. 


Nyu-Yorkla müqayisədə Tehranda qiymət səviyyəsi 5 dəfə, Daşkənddə 3,3 dəfə, Buenos-Ayresdə 2,7 dəfə aşağıdır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR