Şaxta baba kimdir? - ARAŞDIRMA

Şaxta baba kimdir? - ARAŞDIRMA

Uşaqların bir çoxu və hətta bəzi böyüklər “Şaxta baba”nın varlığına inanırlar.


Sfera.az xəbər verir ki, Şaxta baba bir çox dillərdə müqəddəs, Nikola (Klaus), Noel və ata sözlərindən yaranan adlarla xatırlanır: Santa Klaus, Papa Noel və s. 


Bundan əlavə, bəzi Avropa və Latın Amerikası ölkələrində istifadə edilən Kris Kringle adı ilk dəfə Martin Lüter tərəfindən istifadə edilən Alman Kristkind (Uşaq Məsih) adının təhrifidir. Bu ad o dövrün mühafizəkar katolik dairələri tərəfindən Santa Klausu əvəz etmək üçün qəbul edilsə də, protestant kilsələri daha dünyəvi Santa Klaus adını və onun törəmələrini qəbul ediblər.


Həqiqətən, Şaxta baba kimdir? 


Xalq arasında Santa Klaus kimi tanınan Müqəddəs Nikolay Likya Birliyinin Kaş mahalının paytaxtı Patarada anadan olub və 6 dekabr 343-cü ildə Demrədə ölüb.


Məhz bu baxımdan 6 dekabr Müqəddəs Nikolay Günü kimi qeyd olunur.Dekabrın 6-da bir çox ölkələrdə uşaqlara hədiyyələr verilir. Nikola Hollandiyada Sinterklaas (Müqəddəs Klaas) kimi tanınırdı. Hollandiyalı immiqrantlar Amerikaya çatdıqda, bu ad tədricən Santa Klausa çevrilib.


Santa Klausun bugünkü obrazı karikaturaçı rəssam Tomas Nastın Harper's Weekly jurnalında 3 yanvar 1863-cü ildə dərc olunmuş rəsmlərinə əsaslanır. 
Məşhur Santa Klaus şəkli illüstrator Haddon Sundblumundur. 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...