“Bloomberg” Rusiyanın ən zəngin iş adamlarının siyahısını dərc edib

Rusiyalı iş adamlarının sərvəti bu ilin əvvəlindən 38,575 milyard dollar artıb.
Sfera.az bildirir ki, bu barədə “Bloomberg” yazı dərc edib. Qeyd olunub ki, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,14 milyard dollar qazanıb. Onun sərvəti 24,5 milyard dollara yüksəlib. “Eurochem” və “SUEK”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 4,03 milyard dollar artaraq 17,2 milyard dollara çatıb.
Eyni zamanda, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun 3,89 milyard dollar qazanaraq sərvətini 9,76 milyard dollara qaldırıb.
“Bloomberg”in məlumatın görə, Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimov isə ili itki ilə yekunlaşdırmaq üzrədir. Belə ki, onun sərvəti 0,65 milyard dollar azalaraq 8,34 milyard dollara düşüb.
Qeyd edək ki, “Bloomberg” 2012-ci ilin martından planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Milyarderlər İndeksi”ni dərc edir.
Günay