Bu ritual insanı zəngin edir - Pul cəlb edən qəhvənin HAZIRLANMA QAYDASI

Bu ritual insanı zəngin edir - Pul cəlb edən qəhvənin HAZIRLANMA QAYDASI

Bir çox ezoterik təlimlərdə həftənin hər günü müəyyən bir enerji ilə əlaqələndirilir. Məsələn, cümə axşamı Yupiter planeti ilə bağlıdır. Bu gün karyerada və maliyyə vəziyyətində yüksəlmə günü hesab olunur. Darçın od elementini təcəssüm etdirir. Qədim bir inanca görə, darçın alovdan yenidən doğulan Fenikslə əlaqəlidir. Mifik quş isə uğur və xoşbəxtlik rəmzidir. İkisi birlikdə bu gündə müsbət enerji, həm də pul cəlb etməyə kömək edir.

 

Sfera.az bildirir ki, pul və sərvət cəlb etmək üçün bir çox rituallar var. Son dövrlər isə çox məşhur olan rituallardan biri Cinnamon Coffee Cümə axşamı günləridir.


Pul cəlb etmək və maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün olan ritualların çoxu mürəkkəbdir. Sadəliyi ilə çoxlarının qəlbini fəth edən darçınlı kofe ritualı isə həm də çox asan və dadlıdır.  Ezoteriklər qeyd edirlər ki, bu ritual insana düşüncələrini tənzimləməyə və enerjisini pul cəlb etməyə çevirməyə kömək edir. Üstəlik, cümə axşamı darçınlı qəhvə içməyin xoş təsiri var. Bu içki insanın gizli qabiliyyətlərini aktivləşdirir, həm də uğur və rahatlıq gətirir.


Bəs bu uğur gətirən içki necə hazırlanır?

 

Pulun çay kimi cibinizə axması üçün içkini düzgün hazırlamaq lazımdır. Qəhvəni özünüz dəmləməyiniz də çox vacibdir, əks halda ritualın təsiri olmayacaq.

 

"Sehrli iksir" hazırlamaq üçün sizə lazım olacaq:

 

Üyüdülmüş qəhvə - 2 çay qaşığı;


Su - 200 ml;


Darçın - 1/4 ç.q toz halında və ya bir çubuq

 

Qəhvəni bir qazana tökün, üzərinə su əlavə edin və ocağa qoyun.Köpük qalxmağa başlayanda, darçını əlavə edərək, niyyət tutun.


Yeri gəlmişkən, qəhvəni şüşə qaşıqla və yalnız saat istiqamətinin əksinə qarışdırmaq lazımdır.

 

Ezoteriklər "pullu qəhvə" hazırlayarkən deyilməli olan bu sözü təsirli hesab edirlər:


“Darçın qəhvəyə dad qatdığı kimi, mənə də pul gətir”.

 

Bu ritual ən az üç dəfə təkrarlanmalıdır. Eyni zamanda, əldə etmək istədiyiniz pul və sərvəti inanaraq, təsəvvür etmək lazımdır. Bu ritualdan zövq almaq da vacibdir, əks halda mənfi enerji, əksinə, pulu geri itələyəcəkdir.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR