Yəhudi və ərəb qarşıdurması haqqında 5 ən yaxşı SERİAL

Yəhudi və ərəb qarşıdurması haqqında 5 ən yaxşı SERİAL

Son illərdə Yaxın Şərqdəki qarşıdurmanın səbəblərindən bəhs edən bir neçə serial çəkilib. 

 

Sfera.az yəhudilər və ərəblərin həm birlikdə yaşadıqları, həm də qarşıdurmanın başladığı dövrləri əhatə edən serialların TOP 5-liyini təqdim edir.

 

Demək olar ki, bütün seriallar şəxsi dramlar fonunda kəşfiyyat xidmətləri ilə casusların qarşıdurmasından bəhs edir. Elə bir ailə yoxdur ki, bu və ya digər formada mübarizədə iştirak etməsin.  Qeyd edək ki, serialların əksəriyyəti İsrail tərəfindən bəzən beynəlxalq əməkdaşlıq çərçivəsində istehsal edilsə də, israillilərin də tənqidinə yer verilir.

 

"Fauda" (2015-2022, 4 mövsüm)

 

Bu film həm İsraildə, həm də Fələstində tənqid olunub. Hətta, HƏMAS alternativ serial çəkməyə çalışıb. BDS (İsrail məhsullarının boykot edilməsinə qarşı yaradılan beynəlxalq hərəkat) "Netflix"dən “Fauda” serialında İsrail ordusunu Fələstin xalqına qarşı təcavüz nümayiş etdirən irqçi vasitə kimi təbliğdən imtina etməyi tələb edib. "Netflix" isə bu iddialara heç vaxt cavab verməyib. Nəticədə müasir hadisələrə fərqli baxış nümayiş etdirən bu serial 4 mövsüm davam edib. Serialda ərəb qiyafəsində gizlənən İsrail məxfi kəşfiyyatının Fələstindəki fəaliyyətindən bəhs edilir.

 

Birinci mövsümdə fələstinli terrorçu İsraili bombalamaq istəyir, ancaq cavab zərbəsi böyük müharibəyə səbəb olur.İkinci sezonda Fələstin rəsmiləri və kəşfiyyat orqanlarının israillilərlə birgə işlədiyi İŞİD-lə qarşıdurma göstərilir. Çünki İŞİD hətta fələstinlilər üçün də təhlükədir.Üçüncü mövsümdə isə hadisələr Qəzzaya və sektorun altındakı eyni tunellərə doğru davam edir.Dördüncü mövsüm, hələlik sonuncusu, 2022-ci ildə ekrana çıxıb. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra filmin baş rol ifaçısı (Doron) 51 yaşlı Lior Raz sosial mediada Sderot şəhərində zərər çəkmiş ailələri xilas etmək üçün İsrailin cəbhə xəttindəki “silah qardaşlarına” qoşulduğunu bildirib.

 

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, “Fauda”nın baş qəhrəmanının şəxsiyyəti çox qeyri-müəyyəndir. Süjetə görə Doron İsrailin xüsusi agentidir. O, Fələstin düşmənçiliyindən daha çox ədalət uğrunda mübarizə aparır. Amma ətrafında istər dost, istərsə də yad adamların ölməsi onun qətiyyən vecinə deyil. O tez əsəbiləşir və tez öldürür. Üşüncü mövsümdə baş qəhrəman, gənc ərəb Bəşərin qayğısına qalır, lakin Bəşərin həm böyük qardaşını, həm də atasını öldürən də məhz odur. Serial hər mövsümdə mənəvi dilemma doğurur. "Fauda" İsrail və Fələstin arasındakı münaqişələrdən bəhs edən ən təsirli serialdır. 


"Tehran" (2020-2022, 2 mövsüm)

 

(İsrail kəşfiyyatı İran əks-kəşfiyyatına qarşı, Mossad İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı).

 

Yəhudi casus İsrail təyyarələrinin Tehranın nüvə obyektini vura bilməsi üçün İranın hava hücumundan müdafiə sisteminə zərbə endirmək üçün fürsət axtarır. Serial casus fəaliyyət filmləri ruhunda olduqca maraqlı trillerdir. 

Peykin köməyi ilə və insanların iştirakı olmadan iranlı nüvə aliminə pulemyot qurğusundan necə hücum edildiyi göstərilir. Serialda 2020-ci ildə ballistik raketlər üçün nüvə başlığı yaratmaq üzrə gizli proqram üzərində işləyən Möhsün Fəxrizadənin qətli ilə birbaşa bənzətmə var. 

 


"Caliphate" (Xilafət) (2020, 1 mövsüm)

 

Bu serial İsveçdə istehsal edilib və "Netflix" tərəfindən alınıb. Serialda İsrail olmasa da, “Xilafət” Avropa və Yaxın Şərq mədəniyyətlərinin nə qədər mürəkkəb bir yerdə mövcud olduğunu göstərir. Məhz buna görə də, Top5-liyə daxil edilib. 

Hadisələrin mərkəzində Suriyadan olan qaçqınların ərəb icması dayanır. Onun üzvlərindən bəziləri gənc isveçliləri işə götürür və terror aktı hazırlayır. Agent Fatimə isə əksinə, İsveç xüsusi xidmət orqanlarına işləyir.Bu dəfə İsveçdə “Xilafət” qurmaq istəyirlər, lakin kəşfiyyat xidmətlərinin ayıqlığı nəticəsində, bu alınmır.

 

"Casus" (2019, 1 mövsüm)

 

Serialda əfsanəvi İsrail casusu Eli Kohenin rolunu aktyor Saşa Baron Kohen canlandırır. Aktyor və prototip arasındakı xarici oxşarlıq da çox diqqət çəkir. 60-cı illərin casus müharibələri haqqında yüksək keyfiyyətli triller hesab olunur. Eli Kohenin çatdırdığı məlumatlar 1967-ci il Altı Günlük Müharibədə İsrailin sürətli qələbəsinə əhəmiyyətli töhfə verib. Bununla belə, onun sonu da çox pis başa çatıb.


"Xain" (2022, 1 mövsüm)

 

Ən yeni serialdır.

Təl-Əvivdən Hindistana uçan 250 sərnişini olan təyyarə Hind okeanı üzərində yoxa çıxıb.Təyyarədə bir neçə gözlənilməz şübhəli var. Təyyarədəkilərin sonradan ilk baxışda göründüyü kimi olmadığı üzə çıxır.Kəşfiyyat orqanları təyyarəni və xaini (terrorçunun köməkçisini) axtarır. Bir seriya 30 dəqiqə davam edir.

 

Aynil Camal


OXŞAR XƏBƏRLƏR