Telefondan, elektrikdən dövlət təhsilindən imtina edən AMİŞLƏR: Edvard necə QATİL OLDU? - FOTOLAR

Telefondan, elektrikdən dövlət təhsilindən imtina edən AMİŞLƏR: Edvard necə QATİL OLDU? - FOTOLAR

Əxlaqi üstünlüyün və mərhəmətin yaşadıldığı toplumlar dünyada baş verən bütün dəyişikliklərə baxmayaraq, əsrlər boyu varlığını qoruyub saxlaya bilir. Amişlər bunun ən parlaq nümunəsi olsa da, onların da içərisində qatı cinayət törədən nümayəndələri olub.

 

Sfera.az sizə müasir dünyadan təcrid olunmuş həyat yaşayan Amişlər və onların ilk qətl törədən nümayəndəsi haqqında yazını təqdim edir:

 

 

Amişlər mahiyyət etibarı ilə dünyanın ən böyük hərbi və siyasi gücü olan ABŞ-də yaşayan və Avropadakı islahatçı hərəkatlardan qaynaqlanan bir təriqətdir.Bu qeyri-adi dini icma adət-ənənələri, geyimləri və texnologiyaya sərt münasibəti ilə müasir dünyanın diqqətini daim cəlb edir.Qloballaşan dünyada zaman keçdikcə Amişlərin öz ənənələrini tərk edərək sistemə uyğunlaşacaqları ilə bağlı sosioloqlar və siyasətçilər tərəfindən verilən bütün proqnozların yanlış olduğu üzə çıxdıqca, bu icma daha da maraq doğurmağa başlayıb.

 

Amişlərin mənşəyi 1520-ci illərə gedib çıxır. Bu təriqətin qurucusu Yakob (Yaqub) Amman hesab olunur.Onlar 1700-cü illərin əvvəllərinə qədər İsveçrədə Anabaptist hərəkat olaraq Mennonitlər daxilində varlıqlarını davam etdirirdilər.Maraqlı cəhətlərdən biri də Amişlərin kilsənin sərt münasibətinə qarşı islahatçı hərəkat kimi meydana çıxmasıdır.Qərbdə yaşamaq hüquqları ciddi şəkildə pozulan Amişlər Yakob Ammanın rəhbərliyi ilə yeni dünyanın ümid qapısı olan ABŞ-yə köçüblər.
 
 

ABŞ-nin müxtəlif əyalətlərində vətən axtarışları nəticəsində Ohayo ştatı Amişlərin mərkəzinə çevrilib. Günümüzdə onların sayı 150 minə yaxındır. Amişin həyat tərzinə yeganə faktiki müdaxilə və çətin dövr ABŞ Vətəndaş Müharibəsi zamanı olub.Avropadan ABŞ-yə gələn amişlərin xeyli hissəsi ölkənin çətin şərtlərinə təslim olub, digər icmalarla inteqrasiya ediblər.

 

Dövlət nəzarətindən və kənar müdaxilələrdən qaçmaq üçün Amişlər öz kilsələrini tikməkdən yayınıb və evlərində ibadət etməyə başlayıblar. Bu gün də onların ibadət yerləri evlərdir.

 

Əslində siyasi məna kəsb etməmək və diqqəti özlərinə çəkməmək üçün çox kiçik qruplar halında hərəkət edirlər və onların ən güclü təşkilatı ailədir. Birlikdə yaşayan amiş toplumunun əksəriyyəti bir-biri ilə qohumdur. İstifadə etdikləri dil təəccüblü də olsa, alman dilidir.
 


Amişlər əsasən əkinçiliklə məşğul olurlar. Onların bütün işləri təbiətlə bağlı sənətkarlıqdır.Onlar nəinki hərbi xidmət keçmir, hər cür silahı, militarist münasibəti rədd edirlər.Onlar avtomobil əvəzinə at arabalarından, elektrik əvəzinə kerosindən istifadə edirlər.Gündəlik həyatda telefondan istifadə etmirlər. Telefondan yalnız xəstəlik və qəza kimi fövqəladə hallar zamanı səlahiyyətli orqanlara müraciət etmək üçün istifadə edirlər.

 

Amişlərin çox ciddi olduğu başqa bir məsələ də təhsildir. Onlar dövlət təhsil müəssisələrinin övladlarını korladıqlarını, əxlaqlarını pozduqlarını düşünərək rədd edir, dini ayinləri kimi təhsillərini də evdə davam etdirirlər.

 

Geyim seçimləri sadədir. Onları dünyəvi edəcək hər şeydən çəkinməyə çalışırlar. Amişlər həyatlarında əməl etdikləri bütün bu qaydaları "Ordnung" adlandırırlar.

Evlilik məsələsi müasir dünyanın bu qədim insanları haqqında ən çox yayılmış yanlış təsəvvürlərdən biridir.Heç bir amiş insanın nikahla bağlı azad iradəsinə müdaxilə etmir və qohumlar arasında evlilik xoşagəlməzdir.


Tək şərt, amiş olaraq qalmaq üçün başqa bir amişlə evlənməlisən.


Ciddi kişi və qadın ayrıseçkiliyi yoxdur.  Saysız-hesabsız təşkilatlarda qadın-kişi birlikdə yaşayırlar və onların öz aralarında danışmasına heç bir qadağa yoxdur.Evlilik yaşı da heç də aşağı deyil. Bugünkü orta göstəricini nəzərə alsaq, yetkin bir amişin evlilik yaşı iyirmidən yuxarıdır. Nikahdan əvvəl bakirəlik həm kişilər, həm də qadınlar üçün həyati vacib məsələlərdəndir. Bu qayda pozularsa, cəmiyyət tərəfindən qınanılır və toyları nümayiş etdirilmədən keçirilir.

 

Eyni zamanda kişi və qadın bərabər də deyil. Bunun səbəbi Xristian İcmasının lideri Hz. İsa həm də ailənin kişisi olmasıdır.Amişlərə görə, kişi və qadının cəmiyyətdəki rolları fərqlidir. Bu səbəbdən də qadın uşağın təhsili ilə daha çox maraqlanır və ərinə tabe olur.Ailənin dolanışığına və təhlükəsizliyinə də kişilər cavabdehdirlər. Bu vəziyyət ictimai quruluşda heç bir narahatlıq yaratmır.

 

"Ordnung" qanunlarına görə, qadınlar heç bir işdə işləmir, lakin onların müəllimlik vəzifələri var. Qadınlar övladlarının 8 illik təhsilinə cavabdehdirlər.Rəsmi qurumlar bu təhsilə ciddi yanaşmasalar da, amişləri məcburi təhsilə tabe etmirlər.

Amiş qadınları öz iffətlərinə böyük əhəmiyyət verirlər. Başlarını qara papaqla örtürlər.Onların ayaqları və sinələri məhrəm sayılır və yad adamın onları görməsinə imkan vermirlər.Bu zaman yaş katerqoriyası dörd yaşdan başlayır. Məhz 4 yaşdan etibarən geyimlərə diqqət edilir. 

 

Müharibə və silahlara qarşı Amişlər



Amişlərin müharibə və silahlara qarşı təlimləri Avropada olarkən Mennonitlərin bir qolu olmasından irəli gəlir.Osmanlının Şərqi Avropanı fəthləri zamanı xristian dünyasının kütləvi müharibə səfərbərliyi çağırışlarını birmənalı rədd ediblər.Xüsusilə, Moxaç döyüşü coğrafi baxımdan onlara çox yaxın bir bölgədə baş versə də, türklərə qarşı hərbi əməliyyatın bir hissəsi olmaq istəməyiblər.

Daha sonra Osmanlılar həm Avropadakı islahatçı hərəkatlarda tərəfdarı olduqları, onları dəstəklədikləri üçün, həm də türklərə qarşı savaşmadıqları üçün amişlərin özlərinə və mallarına heç bir ziyan vurmayıblar.Amişlərin ən qeyri-adi münasibətlərindən biri də onların azad iradəyə hörmətidir. Kişi bir amişə müəyyən yaşa çatdıqda, şəhərə getməyə və hər cür pis şeyləri sınamağa icazə verilir.Narkotik, seks, spirt kimi pis şeyləri sınayan gəncdən bu təcrübələrdən sonra qərar verməsi istənilir.Əgər bu həyatdan razıdırsa, orada qalması, cəmiyyətə dönərsə, bir daha buranı tərk etməməsi tələb olunur.Bu yolla şəhərə gedən bütün gənclər geri qayıdır və bir daha müasir həyata qarışmaq istəmirlər.

 

Amişlərin güclü mənəvi səviyyəsi və mərhəməti Amerika xalqının əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir.

 

Onların həyat tərzi bir çox Hollivud filminin mövzusudur. “Şahid” (1985), “Fulham qraflığında daşlama” (1988) və “Amiş Qreys” (2010) bunlardan bəziləridir.Amişlər beş balaca amiş qızı öldürən qatildən qisas almaq əvəzinə, qatilin də bir vaxtlar uşaq olduğunu və onların valideynləri olduğunu düşünür və film boyu qatilin ailəsinin ağrısını paylaşmağa çalışırlar.

 

Amişlər arasında cinayət nisbəti onların əməl etdikləri ciddi qaydalara görə demək olar ki, yox dərəcəsində olsa da, sizə ilk Amiş qatil Edvard Gingeriç haqqında da məlumatı təqdim edirik:


Qətlə görə məhkum edilmiş ilk Amiş qatil - Edvard Gingerich (Gingeriç) Pensilvaniyada yaşayırdı. 


Kiçik yaşlarından amiş həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkən Edvard sosial və ailə təzyiqləri səbəbindən ənənəni davam etdirməyə çalışıb.
Eyni cəmiyyətdə yaşadığı Keytlə ailə quran Edvard yaşının artıq kifayət qədər olmasına baxmayaraq, həyatından hələ də narazı idi. Ətrafındakılar ikisinin münasibətindən kifayət qədər narahat idi.


Toydan və oğlunun doğulmasından sonra Edvard getdikcə depressiyaya düşdü. Lakin cəmiyyət inanırdı ki, sadiq qadın problemli gəncə yaxşı təsir göstərəcək.
Amiş qaydalarına tez-tez meydan oxuyan Edvard işlədiyi mağazada qeyri-amişli Deyv Lindsi ilə dostluq edirdi.Edvarda bu həyat tərzinə görə cəhənnəmə gedəcəyini deyən Lindsi onsuz da psixoloji problemlərdən əziyyət çəkən Edvardı daha da pisləşdirib.

Onun psixi vəziyyəti o qədər pisləşib ki, o, xarici dünyadan kömək istəməli və 911-ə zəng etməli olub


Edvarda paranoid şizofreniya diaqnozu qoyuldu və onun simptomlarını aradan qaldırmaq üçün dərman verildi. Dərmanları onun halüsinasiyalarını yüngülləşdirsə də, o, zombi kimi dolaşmağa başladığı üçün tezliklə dərman qəbul etməyi dayandırdı.


Lindsi dəfələrlə Edvardı ziyarət etdi, ondan inancından imtina etməsini tələb etdi. Lindsi onu sanki həbsdə olduğuna və həyat yoldaşı Keyt tərəfindən az qala əsir saxlanıldığına inandırıb.


Lindsi hətta Edvarda həyat yoldaşının şeytan olduğunu deyib.


Edvard Lindsi ilə danışdıqdan sonra evə gedib və Keytin üzünə yumruq vurub.  Keyt huşunu itirərək yerə yıxılıb.


6 yaşlı oğlu kömək üçün əmisinin evinə qaçarkən Edvard Keyti ​​döyərək öldürüb, tanınmaz hala gələnə qədər onun üzünü əzib, vəhşiliklə orqanlarını çıxarıb.

 


Edvard qəsdən adam öldürməkdə təqsirli bilinsə də o ruhi xəstə olaraq qeydə alınıb. 1993-cü ildə həbs olunsa da, 1998-ci ildə şərti azadlığa buraxılıb.

 


O, 2011-ci ilin yanvarında evinin zirzəmisində asılmış vəziyyətdə tapılıb.

 

 

İntihardan əvvəl vedrənin üzərinə tozla: "Xahiş edirəm məni bağışla" yazıb.

 

Aynil Camal

 


OXŞAR XƏBƏRLƏR