Alimlər İkinci Dünya Müharibəsində itkin düşmüş pilotun qalıqlarını müəyyən etdilər

Alimlər İkinci Dünya Müharibəsində itkin düşmüş pilotun qalıqlarını müəyyən etdilər

Müasir texnologiya sayəsində tədqiqatçılar 80 il sonra amerikalı pilotun qalıqlarını tapıb, şəxsiyyətini müəyyənləşdirə biliblər.

Sfera.az xəbər verir ki, qalıqları müəyyən edilən pilot İkinci Dünya Müharibəsi zamanı Siciliyada qəzaya uğrayan bombardmançı təyyarə ekipajından biri olub.
 

Ekipaj üzvləri arasında 2-ci leytenant olan Gilbert Haldin Myersin (Mayers) fəlakətdən sonrakı taleyi naməlum olaraq qalırdı.
 

İndi, qabaqcıl məhkəmə texnikaları sayəsində, Myersin qalıqları nəhayət ki, müəyyən edilib. Qeyd edək ki, Myers və ABŞ Hərbi Hava Qüvvələrinin digər beş ekipaj üzvünü daşıyan təyyarə 1943-cü ilin iyulunda Sciacca aerodromundan təxminən 0,8 kilometr aralıda qəzaya uğrayıb.

Myersin qalıqlarının təhqiqatına Cranfield Universitetinin Münaqişələrin Axtarış və Müəyyənləşdirilməsi Qrupu (CRICC) və Müdafiə Departamentinin Müdafiə Müharibə Əsiri və İtkin Şəxslərin Mühasibat Agentliyi (DPAA) rəhbərlik edib.
 

Siciliya qazıntı sahəsi üçün çətin təbiətə malikdir. Belə ki, bu proses qazılmış materialın insan qalıqlarını və artefaktlarını ayırmaq və təhlil etmək üçün suda işləmək lazımdır.
 

Komanda təyyarənin qalıqları arasında insan qalıqlarını uğurla tapıb. Daha sonra onlar dünyanın ən böyük və ən müxtəlif skelet identifikasiyası kitabxanası kimi tanınan DPAA laboratoriyasına göndərilib. Məhkəmə antropoloqları DNT testindən və şəxsi əşyalar kimi digər sübutlardan istifadə edərək, tapılan qalıqların 2-ci leytenant Gilbert Haldin Myersə aid olduğunu təsdiqləyiblər.
 

David Errickson bu kəşfin əhəmiyyətini vurğulayaraq:
 

“2-ci leytenant Myersin qalıqlarının bərpası təkcə bir hərbçinin şərəfli dəfnini asanlaşdırmaqla yanaşı, həm də ailəyə tapılan hər hansı şəxsi əşyaları almağa imkan verir. Ən əsası, bu, işin bağlanmasını təmin edir”.
 

Myers noyabrın 10-da Florida ştatının Sankt-Peterburq şəhərində dəfn edilib.
 

Pilotun müəyyən edilməsi daha böyük səylərin bir hissəsidir. Çünki İkinci Dünya Müharibəsində 72.000-dən çox Amerika əsgəri itkin düşmüşdür və onlardan daha 39.000-nin müəyyən ediləcəyinə ümid edilir. Lakin bu yolda müəyyən çətinliklər olur.

 

Belə ki, dəyişdirilmiş ərazi və ya torpaq istifadəsi kimi məsələlərə görə bəzən bu qazıntılar heç bir nəticə verə bilmir və ya qeyri-müəyyən qalır.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...