Dünyada heç bir izi tapılmayan sirli insanlar
Dünyada sirli hadisələrlə yanaşı, sirli insanlar da mövcud olub. Tarixdə hardan və ya necə gəldiyi məlum olmayan, heç bir izi tapılmayan sirli insanlar olub.
Sfera.az bu sirli insanlardan bəzilərini sizə təqdim edir.
1.Yaşıl dərili “Woolpit” uşaqları
Bu İngiltərənin kiçik Woolpit (Vulpit) kəndində baş verib. Woolpitin sirli yaşıl dərili uşaqları illər boyu maraq doğuran və müzakirə edilən bir hekayə olmuşdur.
Hadisə 1100-cü ildə baş verib.
Yaşıl dəri rəngli bir qız və bir oğlan bir gün birdən-birə Woolpitə gəliblər. Onları görən kənd camaatı qorxub, dəhşətə gəliblər.
Uşaqlar yerli əhalinim dilindən fərqli bir dildə danışdıqları üçün kəndlilərlə ünsiyyət qura bilmirdilər.
Uşaqların danışdığı dil hətta uzaqdan normal bir dilə oxşamayıb.
Uilyam ata (kəndin keşişi) hadisəni belə təsvir edirdi: “Heç kim onların dilini başa düşmürdü. Sadəcə bir-birləri ilə danışıb ağlayırdılar. Qarşılarına qoyulan çörəyə və yeməklərə heç vaxt toxunmurdular. Bir az uzaqda yanlarındakı paxlalı qabıqları açıb yedilər. Oğlan olduqca letargik (həftələtlə və aylarla davam edən yuxululuq) görünürdü və qorxaq, narahat davranırdı. Onsuz da bir müddət sonra öldü. Qızın səhhəti isə getdikcə yaxşılaşırdı. Onun dərisi də öz yaşıl rəngini get-gedə itirirdi”.
Qız yavaş-yavaş ingilis dilini də öyrəndi və haradan gəldiyini soruşduqda; o, bütün sakinlərin yaşıl dərisi olan günəşsiz bir yer təsvir edib. Uilyamın qeydlərinə görə, qız gəldikləri yerin Sent-Martin ölkəsi olduğunu deyib.
2. Gil Perez
Bu adam Filippin hökumət binasında hərbi vəzifəsini yerinə yetirərkən qəfildən Mexikoda peyda olub. Dindirilmə nəticəsində Peresin bir gün əvvəl Filippində olduğunu deyən and içmiş şahidlər də var idi. Öz ölkəsinə geri göndərilən Peresin, aralarında okean olan bir ölkədən digərinə necə getməsi heç vaxt aydın olmayıb. Peres buna görə tarixdə şeytanın xidmətçisi kimi təsvir edilmişdir.
3. Qarındeşən Cek
O, məşhur serialı qatildir. Fahişələri öldürüb bağırsaqlarını bayıra çıxarması ilə məşhurdur. Onun sifilis xəstəsi olduğu üçün fahişələrə nifrət etdiyi iddia edilir. Ələ keçirilməsi üçün xeyli araşdırma aparılsa da, şəxsiyyəti heç vaxt müəyyən edilməyib. Əsilzadə bir ingilis ailəsinə mənsub olduğunu düşünülürdü. İllərlə manşetlərə mövzu olub.
4. Kaspar Hauzer
1800-cü illərin əvvəllərində qəfildən küçədə peyda olan adam- Kaspar Hauzer. Mənşəyi və haradan gəldiyi bilinməyən biri. Hər şeydən uzaq, təcrid olunmuş həyatın məhsuludur. Onun 16 yaşı olarkən, saxlanıldığı yerdən çıxarılaraq şəhər meydanına atılıb. Əvvəlcə nə danışa, nə də yeriyə bilməyən bu şəxs zamanla danışmağı öyrənib və haradan gəldiyini söyləməyə başlayıb. Əsrarəngiz və maraqlı bir insan olan Hauzerin hətta Baden şahzadəsi olduğu düşünülürdü. Bütün araşdırmalara baxmayaraq, onun kimliyi sirr olaraq qalır. Onun ölümü də maraqlı olub.Hadisə yerində araşdırma aparan polis əməkdaşı hadisə yerində tək ayaq izi tapıb. Diqqəti cəlb etmək üçün özünə xəsarət yetirildiyi düşünülsə də, son sözləri “mən etmədim” olub.
5. Dəmir maskalı adam
Romanların və filmlərin mövzusu olan bu Dəmir Maskalı Adam kim idi? Bu sualın cavabı uzun illərdir ki, Avropada maraq doğurur. Bu mövzuda ən məşhur şaiyə maskalı məhbusun kral XIV Lüdovikin əkiz qardaşı olmasıdır. Doğulanda taxt-tacın varisi ilə bağlı çaşqınlıq olmaması üçün əkizlərdən biri ayrıca böyüdülür. Lakin böyüyən uşaq kimliyini dərk edəndə üzü maska ilə örtülür və zindanlara atılırdı. Təbii ki, bu versiya söz-söhbətdən uzağa getməyib. Ölənədək maskası çıxarılmayan məhbusun kimliyi həmişə sirr olaraq qalıb.
6. D.B.Kuper
Məşhur təyyarə qaçıran şəxs. Amerikanın yeganə üstü açılmamış yerli təyyarə oğurluğunun qəhrəmanı. Təyyarə biletində onun adı Den Kuperdir. 24 noyabr 1971-ci ildə Portland-Sietl reysinə minən Kuper stüardessaya üzərində bomba olduğunu və 200 min dollar nağd pul və 4 paraşüt istədiyini bildirən bir qeyd kağızı verib. Təyyarə Sietldə enəndə onun bütün istəkləri yerinə yetirilir və sərnişinlər enirlər. Meksikaya getmək üçün yenidən havaya qalxdıqda təyyarədə yalnız ekipaj üzvü və Kuper olur. Kolumbiya çayında olarkən Kuper paraşütlə içəri girir. Tələb etdiyi pulların hamısı ona 20 dollarlıq əskinas şəklində verilmiş, hamısının seriya nömrələri qeyd edilmiş və ümumilikdə çəkisi 10 kq olub. O andan etibarən hadisə ilə bağlı yeganə ipucu bir uşağın çay sahilində tapdığı bu adama verilən pulun bir hissəsi (5800 dollar) olub. Bu müəmmalı yoxa çıxma hadisəsindən sonra bütün araşdırmalara baxmayaraq, Kuperi tapmaq mümkün olmayıb. Onun əsl kimliyi heç vaxt müəyyən edilməyib. Çoxları onu qəhrəman kimi görürdü.
7. Fulkanelli
Bu, 20-ci əsrin əvvəllərində yaşadığı təxmin edilən fransız kimyagər və yazıçısının təxəllüsüdür. Əsl adı bilinməsə də, 1922-ci ildə yazdığı “Kafedralların sirri” kitabı ilə bir çox kimyaçıların diqqətini çəkmişdir. Tələbəsi Eugene Canselietin bu kitabdan və ustadından aldığı fəlsəfə daşından istifadə edərək 100 qram qurğuşunu qızıla çevirməyi bacardığı iddia edilib. Fulkanelli 1926-cı ildə yaşadığı Parisi tərk edib və 1936-cı ilə qədər görünməyib. 1936-cı ildə Fulcanellinin tələbəsi Canseliet İspaniyada ustadı ilə görüşdüyünü iddia edib. Canseliet 1926-cı ildə son görüşündə 80 yaşlarında olan Fulcanellinin 50 yaşından da cavan göründüyünü bildirib.
8. Saint-Germainin 10-cu qrafı
Təsəvvür edin, belə bir insan əsrlər boyu yaşayır, 300 ildir Avropa saraylarında tanınır və əl üstündə tutulur. Sehrbaz, kimyagər, tibb adamı, milyarder və möhtəşəm musiqiçi Çaykovski hətta onun bəstələrini ifa edirdi. Qraf Saint-Germain belə bir insan idi, amma o, doğrudanmı yaşayırdı? Mənbələr onun mütləq sağ olduğunu göstərir. Bəs bu adam kim olub?
O, Francis Becon, Valentine Andres, The Polyak Rider, Prince Rakoczy, Signor Gualdi, Count of Saint-German kimi adlardan istifadə etməklə yanaşı, İngiltərə Krallığının əsl varisi Francis Tudor olduğunu gizlətmək üçün istifadə edib. Əsl əcdadı - Bekon, Şekspir və Qraf St. Germain üçlüyü bir nəfər idimi? O, naməlum gizli təşkilatın dünya nümayəndəsi idimi? Bu heç vaxt məlum olmayıb.
Hələ də mübahisə mövzusu olmağa davam edir.
Xanım
Sfera.az