Polis 60 şüşə spirti içən siçovulu tutdu - Maraqlı səbəb

Polis 60 şüşə spirti içən siçovulu tutdu - Maraqlı səbəb

Hindistanda bir siçovul məhkəmədə sübut kimi istifadə edilməsi nəzərdə tutulan 60 şüşə spirti içib.

 

Sfera.az bildirir ki, siçovul alkoqol qaçaqçılığına dair məhkəmədə sübut kimi istifadə olunacaq içkiləri içib. Hadisə Hindistanın Çhindvara bölgəsindəki Kotuali əyalətində baş verib.

 

Polis şübhəli şəxsdən qeyri-qanuni içkiləri müsadirə etsə də, tezliklə əməkdaşlar onlarla spirt şüşəsinin boş olduğunu görüblər. Susuz qalan gəmirici bütün maddi sübutları yox edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları çaş-baş qalıb.

 

Siçovul içdiyi boş şüşələrin əhatəsində qəfəsinin ətrafında tullanarkən lentə alınıb. Polisi dəlillərin yoxa çıxdığını görəndə, tələ qurmalı olub.

 

Bütün səylərə baxmayaraq, əməkdaşlar yalnız bir siçovul tuta biliblər. İndi tək bir siçovul “bütün günahı öz üzərinə götürəcək”.

 

Hazırda hüquq-mühafizə orqanları alkoqol müsadirə edilən şəxsə qarşı məhkəmədə sübut kimi hansı materiallardan istifadə edəcəklərini bilmirlər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...

Fransanın yeni hökumətinin tərkibi təsdiqləndi

Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq edilib.   Sfera.az Fransa prezident administrasiyasını...

Qadın təsadüfən 17-ci əsrə aid meyxananı dağıtdı

İngiltərədə bir qadın avtomobillə meyxananın (hal-hazırda pab olaraq fəaliyyət göstərir) yerləşdiyi tarixi binaya çırpılıb. O, müəssisə sahiblərinə 53 min funt ...