Müharibədən sonra hallusinasiya və beyin pozuntusuna səbəb olan psixotik travma - Shell Shock

Müharibədən sonra hallusinasiya və beyin pozuntusuna səbəb olan psixotik travma - Shell Shock

Müharibələrin dağıdıcı nəticələri hər kəsə məlumdur. Bəşəriyyət tarix boyu torpaqları zəbt etmək, talan əldə etmək istəyi və ya dini səbəblərə görə çoxlu müharibələr görmüşdür.


Sfera.az bu yazıda sizə müharibədən sonra hallusinasiya və beyin pozuntusuna səbəb olan psixotik travma vəziyyəti olan Shell Shock haqqında məlumat verir


Shell Shock - Birinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən biri olan Somme döyüşündən sonra ortaya çıxan psixoloji hadisədir.


Bu termini dilimizə “müharibə böhranı” kimi tərcümə edə bilərik.


Tərcüməsindən də göründüyü kimi, Shell Shock müharibədə xidmət edən əsgərlərdə baş verən və müharibə stresinə cavab olaraq təyin olunan psixoloji problemdir.


Bu vəziyyətdən əziyyət çəkən əsgərlər bədənlərində idarəolunmaz qıcolmalar, titrəmələr və ağrılar hiss edirlər.


Ümumiyyətlə, cəbhədə intensiv artilleriya atəşinə məruz qalan əsgərlərin həyatlarını itirmək qorxusundan keçirdikləri gərginlik əsgərlərin normal həyatlarına qayıtmalarını çox çətinləşdirir.


Əsgərlər özlərini daim etibarsız hiss edir və sanki hər an öləcəklərmiş kimi hiss edirlər.


Bu xəstəliyə düçar olan birinə cəbhədəki günlərini xatırladan əşya göstərdikdə belə, xəstə dəhşətə gəlir.


Əslində olduqca normal olan bu davranış nəticəsində təəssüf ki, bir çox general bu xəstəliyə yoluxmuş əsgərləri qorxaq kimi qələmə verərək, hamısını edam etmək qərarı verib.


Bu vəziyyət döyüşdə iştirak edən əsgərlər arasında düşünüldüyündən daha çox rast gəlinir.


Birinci Dünya Müharibəsi bitdikdən sonra edilən araşdırmaya görə İngiltərədə təxminən 80.000 əsgərin bu ruhi pozğunluqdan təsirləndiyi məlum olub.


Bu psixoloji xəstəliyə Vyetnam və Koreya müharibəsində əsgərlər arasında da çox yüksək nisbətdə rast gəlinib.


Somme Döyüşündə əsgərlər tərəfindən ortaya çıxan bu xəstəliyin əlamətləri yorğunluq, çaşqınlıq, kabuslar, görmə və eşitmə pozğunluqları, düşünmə qabiliyyətinin itirilməsi, isterik şoklar və boş baxışlar idi.

 

O zaman həkimlər bunun nədən qaynaqlandığını anlaya bilmədiyi üçün bu vəziyyəti olan əsgərlər birbaşa cəbhədən göndərilirdi.



Bu görüntüdə yəqin ki, bu vəziyyətdən əziyyət çəkən bir əsgərin fotosunu görürük. Gözləri vəziyyətin ciddiliyini çox açıq şəkildə ortaya qoyur, gördüklərindən dəli olubmuş kimi görünür. Ətrafında ölümü görür, həyatı üçün narahatdır, psixologiyası artıq çöküb, bir bədəndə fiziki ölümünü gözləyir.



O zaman belə bir vəziyyətin olması qəbul edilsə də, səbəb zəif xarakterə malik olmaq göstərilirdi.



Buna görə də, bu xəstəliyə yoluxmuş insanlar zəif görünür, kənarlaşdırılır, mühakimə olunur və öldürülürdü. Deyirdilər ki, yaxşı əsgərlər heç vaxt bu vəziyyətə düşə bilməz. İllər sonra İngiltərə hökuməti bu səbəblərdən həlak olan əsgərlərin ailələrindən üzr istəyərək bunun bir xəstəlik olduğunu qəbul edib.


Xüsusilə döyüş meydanında partlayışlardan sonra meydana gələn şok dalğalarının ən ciddi fəsadlara səbəb olduğu bildirilir.


Zərbə dalğasının bütün bədənlərindən keçdiyini hiss edən əsgərlər, hətta illər sonra həmin anı xatırlayanda bədənlərində nəzarətsiz titrəmələr olur. Zərbə dalğasının bədəndən keçərkən bu vəziyyətə xas olan beyinə zərər verə biləcəyi də hesab edilir.


Bu səbəbdən alimlər son zamanlar bu vəziyyətin səbəbi kimi fiziki zərərləri araşdırmağa başlayıblar.


Xülasə, bunun həm psixoloji, həm də fiziki səbəbləri var: Shell Shoc müharibələrin nə qədər qəddar və qaranlıq olduğunu göstərən bir xəstəlikdir.



Vəziyyətin nə qədər ciddi olduğunu görmək üçün bir video əlavə edib, yazını bitiririk.



Ümid edirik ki, dünya bir daha müharibə görməyəcək...

 

Xanım

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR