Bu ilin ən çox işlənilən sözü O OLDU

Bu ilin ən çox işlənilən sözü O OLDU

Britaniyada yerləşən “Collins Dictionary” ilin sözünün "süni intellekt" olduğunu açıqlayıb. 

 

Sfera.az xəbər verir ki, “Collins Dictionary”dən Aleks Bikroft süni intellektin bu ilin əsas mövzularından biri olduğunu və qısa müddətdə həyatımızın bir hissəsinə çevrildiyini bildirib.

 

Nəşr onu da qeyd edib ki, bu il "süni intellekt" terminindən istifadə 4 dəfə artıb.

 

Lüğətdə süni intellektə “insan zehni funksiyalarının kompüter proqramları ilə modelləşdirilməsi” kimi tərif verilir. 

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR