İlk elektrikli Mercedes-AMG modeli 1000 at gücünə sahib olacaq
Mercedes elektrik avtomobilləri dünyasına qədəm qoysa da, AMG hələ tam elektrik modelini istehsal etməyib. Alman istehsalçısının belə bir addım atacağı illərdir gözlənilir.
Sfera.az xəbər verir ki, “Mercedes”in 2021-ci ildə heytinə daxil etdiyi "Yasa" adlı ingilis şirkəti gələcək model haqqında bəzi təfərrüatları paylaşıb.
Məlumata görə, modelin elektrik mühərrikinin çəkisi cəmi 24 kq olacaq və 485 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edə biləcək. Modelin hər iki oxunda bu mühərriklərdən birinin olması onun 1000 at gücünü keçə bilməsi deməkdir.
Hazırda “Mercedes-AMG” ailəsinin zirvəsində olan “AMG One” adlı hiperkar istifadə etdiyi F1 qurğusu sayəsində 1000 at gücündən bir qədər çox gücə malikdir. Bu iddialar doğrudursa, “GT4” adlandırıldığı iddia edilən elektrik avtomobili “Mercedes”in ən güclü modellərindən birinə çevrilə bilər.
2025-ci ildə debüt edəcək model haqqında yaxın günlərdə daha ətraflı öyrənə biləcəyik.
Firuzə Əliyeva