Qışda hansı isti ölkələrdə istirahət etmək olar? - ARAŞDIRMA

Qışda hansı isti ölkələrdə istirahət etmək olar? - ARAŞDIRMA

İsti yerlərdə istirahət etməyi sevən şəxslər qış aylarında da bu imkanlardan faydalanmaq istəyir. Buna görə də, qış aylarında havaların soyuq keçdiyi ölkələrin vətəndaşları isti ölkələrə turist səfərlərinə çıxmağı sevirlər. 


Bəs qışda hansı isti ölkələrə səfər etmək olar?


Sfera.az xəbər verir ki, “Cntraveler.com” saytı bununla bağlı araşdırma aparıb. Sayt dekabr ayında ziyarət ediləcək isti yerlər haqqında məlumat dərc edib. 


Həmin yerlər haqqında məlumatı təqdim edirik. 


Kosta Rika qış aylarında isti hava və gözəl təbiəti ilə seçilir. Bu ölkənin Santa Teresa və Nosarada adlanan ərazilərində bir neçə möhtəşəm qumluq var. Kosta Rikada qumsaqlıqlarla yanaşı Monteverde gözəl meşələr də var. Meşələrdə çoxlu sayda meymun və tənbəl heyvanları görmək olar. 


Okinava. Yaponiyanın bu adasında qışda temperatur yüksək olur. Yaponiyanın şimal əraziləri qışda xizəkçilərin cənnəti olsa da, Okinavanın cənub hissəsi dekabr ayında ziyarət etmək üçün ən yaxşı isti yerlərdən biridir. Mülayim hava velosiped sürməyə uyğun gəlir. Bir çox adada bərə limanlarının yaxınlığında yollar və velosiped kirayəsi qurulub. 


Bora-Bora adaları. Bu adalar Sakit okeanında yerləşir və Fransanın nəzarətindədir.  Bora-Bora il boyu havaların isti keçməsi ilə tanınır. Burada Cənubi Sakit Okeandakı ən yaxşı kurortlardan bəziləri var. 


Afrikada yerləşən Namibiya da qışda isti günlərinin çox olması ilə tanınır. Gözəl ölkə bu yaxınlarda turizmdə bum gördü. Bunun əsas səbəbi ölkədə istirahət imkanlarının həmişəkindən daha əlçatan olmasıdır. 


Meksikanın Puerto Vallarta liman şəhəridir. Sakit okeanının kurort şəhəri olan Puerto Vallartada qışda çimmərliyə getmək mümkündür. Burada həmçinin Banderas körfəzində balinaları seyr etmək olar.


Dünyaca məhşur olan Baham adaları da qışda istini sevənlər üçün əlverişli yerlərdən biridir. Bu adalar həmişə günəşli Karib dənizinin yaxınlığında olduğu üçün şanslıdır. Beynəlxalq nəqliyyat şəbəkəsinə yaxınlığı ilə seçilən adalar istirahət üçün ən yaxşı və ən əlverişli variantlarından biridir. 


Malayziyanın Pinanq adası qışda əlverişli istirahət yerlərindən hesab edilir. Bu ada müxtəlif mədəniyyətlərin təsirindən faydalanmışdır. Adanın paytaxtı olan Corc Taun həm müstəmləkə, həm də Çin memarlığını və boyalı dükanları nümayiş etdirir. 


Sidney Avstraliyanın böyük liman şəhərlərindən biridir. Dəniz sahilində yerləşən şəhərdə qışda temperatur yüksək olur. Sidney həmişə qızıl çimərlikləri, sörf edilə bilən dalğaları və inanılmaz restoranları ilə bir və ya iki həftə qalmaq üçün əla yerdir. 


Portuqaliyanın nəzarətində olan Madeyra adası. Bu ada Afrikada yerləşir. Ada qara qumlu çimərliklər, inanılmaz gəzinti yolları və burda çoxlu şərab içilməsi ilə xatırlanır. 


Kolumbiyada yerləşən Medellin şəhəri. Medellindəki temperatur yay fəslini sevənlər üçün il boyu əlverişli olur.Burada kafe, bar və restoranlarla dolu zəngin məhəllələr var.


İtaliyanın Siciliya adası da qışda havaların mülayim keçməsi ilə seçilir. Burada dünyaca məşhur çimərliklər var. Ada tarixi abidələrlə də zəngindir. 


Mərkəzi Amerikada yerləşən Beliz. Bu ölkə çoxlu çimərlikləri olan gözəl kurortlara malikdir. 


Tayland Pxuket əyalətinin ərazisində olan ada əcnəbilərin çox səfər etdiyi yerlərdən biridir. Bura Cənub-Şərqi Asiyanın ən dəbdəbəli yerlərindən biri hesab edilir. Adada 2017-ci ildən bəri 35-dən çox otel açılışı olub. 


Seyşel adaları. Bu adalar Hind okeanının qərbində yerləşir. Bura nəhəng tısbağalar və qara tutuquşularla tanınır. Afrikanın Madaqaskar adasının şimalında yerləşən qeyri-adi arxipelağa qışda son illərdə səfər edənlərin sayı xeyli artıb. 


Oahu adası da qışda əlverişli havaya sahib olması ilə seçilir. Bu ada Havay ştatının üçüncü ən böyük adasıdır. Burada qışda hava müləyim olur. 


Maldiv adaları. İstirahət edənlər üçün bu adalar hər zaman əsas yerlərdən biridir. Mindən çox adadan ibarət olan Maldiv Respublikası dünyanın ən çox axtarılan tropik yerlərindən biridir.Bura su üstündə inşa edilən villalar ilə məhşurdur. 


Kaliforniyanın ikinci ən böyük şəhəri olan San-Dieqoda ilin çox hissəsində yüksək temperatur olur. Şəhərin sahil xəttinin uzunluğu 113 km-dən çoxdur. San-Dieqoda hər növ səyahətçi üçün sörf şəraiti olan çoxlu çimərlik var. 


Cənubi Afrikanın Keyptaun şəhəri. Qışda Keyptaun yaşamaq üçün ən yaxşı yerlərdən biri hesab edilir. Burada həm temperatur, həm də yağış baxımından olduqca mükəmməl hava var. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...