Süni intellekt bu üç peşəni sıradan çıxaracaq - “Euronews”dan ŞOK İDDİA

Süni intellekt bu üç peşəni sıradan çıxaracaq - “Euronews”dan ŞOK İDDİA

“ChatGPT”, “DALL-E”, “Midjourney” kimi yeni texnologiya növü bir sıra peşələri sıradan çıxara bilər.

 

Sfera.az bildirir ki, bu barədə “Euronews” məlumat yayıb. Qeyd olunub ki, siyahıya müəllimlər, qrafik dizaynerlər, film istehsalçıları, aktyorlar və digərləri daxildir.

 

““Microsoft” şirkətinin sahibi, milyarder Bill Qeytsə görə, süni intellektin inkişafı dünyanı dəyişəcək.

 

Nəşr iddia edir ki, bu təlatüm nəinki yeni peşələrin yaranmasına gətirib çıxaracaq, həm də istər-istəməz bəzi mövcud peşələrin dəyişdirilməsinə və ya hətta ləğvinə gətirib çıxaracaq. Süni intellektin təsir etdiyi üç əsas peşə var: aktyorlar, müəllimlər və rəssamlar…”.

 

“Euronews” qeyd edib ki, “ChatGPT” müəllimlər üçün real təhlükəyə çevrilib: “Bir sıra araşdırmalara görə, təhsildə istifadə edilən süni intellekt (Aİ)  tədris prosesini əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu, xüsusən adaptiv öyrənmə ilə əlaqədardır, yəni tədris metodları şagirdin öz ehtiyaclarını ən yaxşı şəkildə ödəməsi üçün avtomatik olaraq fərdiləşdirilir. Adaptiv tədris isə artıq “ChatGPT” kimi alət proqramlarında hazırlanır”.

 

Nəşrin məlumatına görə, “Dall-E “və ya “MidJourney” kimi bir sıra şəkillər yarada bilən texnologiya isə rəssamlar və qrafik dizaynerlər üçün vəziyyəti çətinləşdirir. “Mütəxəssislər son irəliləyişləri iqtisadi fəlakətlə əlaqələndiriliblər. Bu rəqəmsal inqilabın fonunda, bir sıra sektorlarda artan narahatlıq hissi var”

 

ABŞ-dəki Rochester Texnologiya İnstitutunun dekan müavini Penqçen Şi isə süni intellektə düşmən deyil, müttəfiq kimi baxılmalı olduğunu vurğulayıb: “Düşünürəm ki, müəyyən müəllimlərin funksiyaları dəyişdiriləcək, lakin süni intellekt işimizdə bizə kömək etməyə davam edəcək. Amma bunun baş verməsi üçün biz ona uyğunlaşmalıyıq”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətl...

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...

FAKTİKİ HAVA: Bəzi yerlərdə 41 dərəcə isti var

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilər...