Uğurlu münasibətin SİRRİ: Qadınlar və kişilər nə istəyir?

Uğurlu münasibətin SİRRİ: Qadınlar və kişilər nə istəyir?

“Yaxşı münasibətin sirri, düsturu, şifrəsi və hər kəsə uyğun formulu yoxdur”.

 

Sfera.az bildirir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib. Onun sözlərinə görə, bu, insandan insana, o cümlədən zaman və məkana görə dəyişir:

 

“Kişi və qadın təbiətini anlamaq lazımdır. Cinsiyyət fərqi özü ilə birlikdə bioloji və psixoloji olaraq başqa böyük fərqlər də yaradır. Cinslərin maraqları, güclü və zəif tərəfləri, gözləntiləri fərqlidir. Qadın diqqət, qayğı və yaxşı həyat təminatı istəyir. Yaxşı həyat təminatı isə sadəcə maddiyyat deyil. Qadın qarşısında gələcəyi parlaq, potensiallı bir kişi görmək istəyir. Xəyalı, məşğuliyyəti və konkret mövqeyi olmayan kişiyə bir qadının hörmət etməsi çətin məsələdir. Kişi isə qəhrəman, lider olmaq istəyir, buna görə də çərçivələrinə uyğunluq yarada biləcək bir qadın axtarışındadır. Kişinin təbiəti məsuliyyət almağa yönəlib”.

 

Psixoloq qeyd edib ki, keyfiyyətli münasibətdə kişi alfa, lider və maskulindir:

 

“Qadınla kobud və saymazyana danışmaq alfalıq deyil, bu zəiflikdir. Alfa kişi qadına qarşı nəzakətlidir və zorakılıq olmadan qadın ona hörmət edir. Lider olmaq idarəedici olmaq deyil. Yaxşı kişi qadınla məsləhət də edər, fikir də alar, hətta tabiri-caizsə, bir az çəkinər də. Amma alfa kişi təbiəti etibarilə izləniləcək, öndər seçiləcək bir insan olur. Təkcə qadınların gözündəki mövqe haqqında da danışmıram. Alfa kişi dostları və iş yoldaşları arasında da lider olur. Lider olmaq üçün nəsə etmir, avtomatik elə alınır. Ona görə də, alfalıq bir kişinin qalxa biləcəyi ən böyük zirvədir. Maskulin olmaq isə maço, sərt erkək demək deyil. Maskulin kişi həyatdan da, münasibətdən də nə istədiyini bilir və bunlar uğrunda mübarizə aparır”.

 

Mütəxəssisin sözlərinə görə, qadınlar çox vaxt kişini dəyişdirmək istəyirmiş kimi görünsə də, onlar prinsiplərinə sadiq kişiləri sevir:

 

“Çünki, qadın təbiəti feminen olmaq yönündə inkişaf edib. İstisnalar var, amma qaydanı pozmayacaq qədər. Qadının çata biləcəyi zirvə feminen olmaqdır. Zərafətli, ağıllı, fikir sahibi və özünü asılı vəziyyətə salmadan kompromisə gedə bilən.. Nəticədə, yaxşı münasibət üçün kişi və qadın təbiətini bilmək və buna uyğun davranmaq lazımdır”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...