Qurbanlarının ətini yeyib, bəzilərini qara bazarda satan manyak - “Hannover qəssabı”

Qurbanlarının ətini yeyib, bəzilərini qara bazarda satan manyak - “Hannover qəssabı”

O, daim ata qorxusu ilə böyümüş uşaq idi. Cinsi oriyentasiyasına görə həyatının ilk illərində daim çıxılmaz vəziyyətdə qalan, insanlardan təcrid olunmuş, içindəki qatili kəşf etdiyi andan etibarən ağlınıza gələ biləcək ən vəhşi üsullarla insanları öldürməyə başlayan bir vəhşi idi. Ən dəhşətlisi isə qurbanlarının ətini yeməkdən böyük həzz alan manyak olub.

Sfera.az “Hannover qəssabı” kimi tanınan və sevgilisi ilə birlikdə 27 nəfərin ölümünə səbəb olan Fritz Haarmann haqqında yazı təqdim edir.
 

Fritz Haarmann 1879-cu ildə Almaniyanın Hannover şəhərində anadan olub. O, fəhlə ailəsinin övladı və əsasən sakit və hətta özünə qapanan biri idi.


O, çox ağıllı deyildi və üstəlik, yerli-yersiz küsdüyü üçün heç kimlə yola getmirdi. Başqalarından fərqli olduğunu yaxşı bilən və buna görə də asosial bir insan kimi böyüyən bu uşağın ən böyük zövqü qız kimi geyinib qızların oynadığı oyuncaqlarla oynamaq idi.


Amma təbii ki, Haarmann ailəsi, xüsusən də atası onu çox sevindirən bu şeyə eyni həvəslə baxa bilmirdi. Buna görə də Haarmann 16 yaşında ikən hərbi məktəbə göndərilib.


Hərbi məktəbdəki sərt nizam-intizam mühitinə öyrəşmədiyinə və səhhətində problemlər olduğuna görə bir müddət sonra məktəbdən qovulub. Haarmannın uşaqlığı və yeniyetməliyi atasının qorxusu və cinsi oriyentasiyası ilə bağlı dilemmalarla keçib. Bu səbəbdən də heç yerdə kök sala bilməyib.

 

Məktəbi bitirdikdən sonra Haarmann siqar fabrikində işləməyə başlayıb. Kənardan sakit həyat sürən biri kimi görünsə də, həqiqət belə deyildi.


18 yaşında uşağa cinsi zorakılıq edərkən yaxalanıb və həbs olunduqdan sonra psixoloji pozuntusu olduğu əsası ilə ruhi xəstəxanaya göndərilib. 6 aya yaxın burada qaldıqdan sonra ilk fürsətdə xəstəxanadan qaçaraq İsveçrəyə gedib.


İsveçrəyə ilk gəldiyi zaman küçələrdə yaşamaq məcburiyyətində qalan Haarmann özü üçün də qorxunc bir “məşğuliyyət” tapıb: sahibsiz heyvanları öldürmək.


Haarmann daxilindəki idarəolunmaz cinayətkar yavaş-yavaş özünü biruzə verməyə başlayırdı. Haarmann küçədə gördüyü bütün zavallı heyvanlara gözünü qırpmadan işgəncə verir və onları öldürdükdən sonra ya cansız bədənlərini evlərin qapısına atır, ya da ağaclardan asırdı. O, bu iyrənc işlərlə məşğul olarkən, həm işə düzələ, həm də nişanlana bilib.


Nişanlandıqdan sonra təbii ki, işlər yolunda getməyib. Haarmannın sağlam münasibət qurması mümkün olmayıb, əslində bir müddət sonra nişanlısı tərəfindən tərk edilib.

Haarmann nişan dövründə kişilərlə cinsi əlaqədə olmağa başlamışdı. Bundan əlavə, başqalarına sataşmağa davam edən Haarmann İsveçrədə polis tərəfindən axtarılmağa başlayıb. O, çarəni Hannoverə dönməklə tapıb. Lakin Hannoverə gəlişi vəziyyəti dəyişməyib, bu dəfə mənzilində bir gənclə cinsi əlaqədə olarkən yaxalanıb və 9 ay həbs cəzası alıb.
 

Haarmann I Dünya Müharibəsi boyu həbsxanada qalıb. Həbsdən çıxandan sonra o, keçmiş evinə qayıdıb və Hans Qrans adlı bir adamla tanış olub.


Bu, Haarmannın törətməyə başlayacağı cinayətlər üçün dönüş nöqtəsi oldu.


O, əvvəlcə qurbanları evinə dəvət edir, sonra ac qalmalarını gözləyir və onlara yemək hazırlamaq bəhanəsi ilə mətbəxə gedirdi. Onları yedizdirdikdən sonra Qransın köməkliyi ilə yazıq gənclərin üstünə çıxaraq bütün gücü ilə boyunlarını dişləyib boğaraq vəhşicəsinə qətlə yetirir.


Üstəlik, vəhşiliyin miqyası bununla da məhdudlaşmırdı. Haarmann öldürdüyü gənclərin başlarını dişləməyə, ətlərini yeyib qanlarını içməyə davam edirdi.


Haarmann, Hannibal Lecter kimi, insan ətini yeməkdən dəlicəsinə həzz alırdı. Qurbanının cəsədi ilə işini bitirdikdən sonra o, Qransla birlikdə cəsədi parçalayaraq, ətləri qara bazarda satırdı. Qurbanlardan qalan paltarlarınbir hissəsini kənara qoyub istifadə edər, ona heç bir faydası olmayanları da qara bazarda satırdı.


O, cəsədlərin “yararsız” hissələrini Qransın köməyi ilə Leyn çayına atırdı. Bu şəkildə Haarmannın törətdiyi qətllər uzun müddət heç kimin diqqətini cəlb etməyib. 1924-cü ilin mayına qədər Haarmann qurbanlarının 500 sümüyü çayın sahillərində yuyulub.

 




Haarmann son qurbanı 17 yaşlı Erix de Vries olub. Bu qətldən sonra polis qatili tapmaq üçün "insan ovuna" başlayıb. Haarmannın əvvəlki cinayətləri ona qarşı şübhələri artırmışdı.


Haarmann yeni qurbanı Karl Frommu hədəf alanda polis gənci öldürməzdən əvvəl onu yaxalaya bilib. Haarmann evində aparılan axtarışlar zamanı onun istifadə etdiyi cinayət alətləri, qurbanların paltarları və əti qara bazarda satmaq üçün istifadə olunan digər materiallar aşkarlanıb. Bundan sonra Haarmann öz cinayətlərini etiraf etməyə məcbur olub. O, hətta Qransın da edam edilməsi üçün bəzi cinayətləri onunla birlikdə törətdiyini deyib.

 

Sonradan ortaya çıxan şokedici fakt o oldu ki, Haarmann əvvəllər məlumat verən olduğu üçün polis tərəfindən ilkin olaraq istintaqa cəlb olunmayıb.


Lakin son qətllərdən sonra polis Haarmanndan şübhələnməyə başlamış və beləliklə, əsl günahkarı aşkarlaya bilmişdi. Haarmann 10-22 yaş arasında olan 27 nəfərin ölümünə səbəb olmaqda günahkar bilinib və 15 aprel 1925-ci ildə gilyotinlə edam edilib.


Edam edildikdən sonra Haarmann başı tibb tələbələri tərəfindən müayinə olunmaq üçün Göttingen Universitetinə göndərilib.

 

 

Xanım

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...