Balkanların “Romeo və Cülyetta”sı

Balkanların “Romeo və Cülyetta”sı

Mövzu əsl sevgi olarkən, nə müxtəlif ölkələrin vətəndaşı olmağın, nə ailələrin sözlərinin, nə də bütün fərqliliklərin əhəmiyyəti olmur.

 

Sfera.az bu yazıda sizə məhz belə sevgi hekayələrindən birini təqdim edir: ilk andan bir yerdə qocalmaq arzusunda olan, amma müharibənin yarım qoyduğu iki gənc...
 

Bosko serb oğlan, Admira isə bosniyalı qız idi. Onlar 1984-cü ildə Qış Olimpiya Oyunlarında tanış olmuşdular. İlk görüşdə ​​hər ikisi 16 yaşlı gənc idi. Heç kim onların 9 ildən sonra birlikdə həyatdan köçəcəyini təxmin edə bilməzdi.

Boskonun atası Bosniya müharibəsindən əvvəl vəfat etmiş, anası və qardaşı müharibə başlayanda Sarayevonu tərk etməli olmuşdular.
Amma Bosko Admiradan ayrılmağa razı olmadığı üçün anası və qardaşı ilə getməyə razı olmayıb. Bosko da, Admira da bu şəhəri çox sevirdilər.


Mühasirəyə alınmış Sarayevoda isə sağ qalmaq günü-gündən çətinləşirdi. Boskonun evi də bombardmandan payını almışdı.


Heç kim onların sevgisi haqqında heç nə deməsə də, Bosko hər hücumdan sonra özünü günahkar hiss edirdi. Nəhayət, gələcəkləri naminə şəhəri birlikdə tərk etmək qərarına gəliblər.


Bosko və Admira şəhərdən sağ-salamat çıxmaq üçün topladıqları bütün pulları vasitəçilərə veriblər. Onlar Vrbanja körpüsündən keçəcəkdilər və keçərkən heç bir atəş açılmayacaqdı.


Serb və bosniyalı əsgərlər onların təhlükəsiz keçidini təmin etməyə söz vermişdilər.

 

1993-cü il mayın 19-da səhər saatlarında Admira anasına bir qeyd yazır:



“Əziz ana, nəhayət, bu gün şəhərdən ayrılırıq. Nə olursa olsun, hər şey Allahdandır. Bir gün hər şey yoluna düşəcək, müharibə heç olmamış kimi olacaq...”



Admiranın anası çox ağlasa da, qızının xilas olacağına ümid edərək, getməsinə mane olmayıb.


Həmin gün axşam saat 17:00 radələrində Bosko və Admira əl-ələ tutaraq körpüyə doğru getməyə başlayır. Hər iki tərəfin əsgərləri onları aydın görürdülər.


Bu xəbəri bütün dünyaya elan edəcək amerikalı döyüş müxbiri Kurt Şork da izləyənlər arasında idi.


Bir müddət sonra naməlum istiqamətdən gələn tək güllə ilə Bosko yerə yıxılıb; dərhal sonra Admira.


Bosko heç tərpənmirdi. Admira isə bütün gücü ilə sürünərək Boskoya tərəf yaxınlaşıb, ona son dəfə toxuna bildi. Bir neçə dəqiqə ərzində Sarayevonun Romeo və Cülyettası dünyasını dəyişmişdi.

Onların cansız bədənləri günlərlə o soyuq torpaqda saxlanılıb. Yazıq gənclərin cəsədlərini ancaq bir həftə sonra əsgərlər götürüb Lukavitsada dəfn edə biliblər.


Müharibədən sonra 1996-cı ildə ailələrinin xahişi ilə Sarayevoya gətirilərək eyni məzarda yan-yana dəfn edilən iki gənc sevgili nəhayət, yenidən qovuşa bilib.
 

Dəfn edildikləri yer həm ilk tanış olduqları kafenin, həm də güllələndikləri körpünün düz yaxınlığında bir yer idi.


Gənclərin ölümsüz sevgilərini bütün dünyaya elan edən amerikalı müxbir Kurt Şork isə 2000-ci ildə Syerra-Leonedəki hücumda həlak olub. O da Bosko və Admiranın düz yanında dəfn edilib.


Sarayevonun Romeo və Cülyettası haqqında çox şeirlər yazılıb, sənədli filmlər çəkilib, mahnılar oxunub.
 

Şeirlərin birində də yazıldığı kimi:

"Eyni allaha sahib olmasalar da, bir-birilərinə sahib idilər”…

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...