İlk qaradərili pilot - Türkiyəli Ərəb Əhməd

İlk qaradərili pilot - Türkiyəli Ərəb Əhməd

Dünyanın ilk qaradərili pilotu Ahmet Ali Çelikten 1883-cü ildə İzmirdə anadan olub. O, İzmirli Əhməd kimi də tanınır.


Osmanlı İmperatorluğuna Nigeriyadan qul olaraq gətirilən qadının nəvəsidir. Arap Ahmet qaradərili nigeriyalı Emine Hanımla türk olan Əli bəyin övladıdır.


6 yaşında atasını itirən Arap Ahmet ailənin ən böyük övladı olub.


Əvvəlcə dənizçi olmaq istəyən Arap Ahmet 1904-cü ildə Haddehane Mektebindeki dəniz texnikumuna daxil olub.


4 ildən sonra bu məktəbi baş leytenant rütbəsində bitirib.


O dövrdə yavaş-yavaş başlayan aviasiya təcrübələri Almanlar, Fransızlar və İngilislərdən sonra Osmanlı İmperatorluğunda da başlamışdı.


Dənizçi olaraq işə başladığı zaman 25 iyun 1914-cü ildə Yeşilköydə qurulan Dəniz Tayyare (Bahri Tayyare) təşkilatına üzv olur və orada aviasiya təhsili alır.


Davam edən Birinci Dünya Müharibəsi zamanı o, Prevezadan mühacir olan Hatice Xanımla evlənir.


Ahmet Çelikten xidmətə 1916-cı ilin noyabrında aviasiya tarixində ilk qaradərili pilot kimi başlayıb.


1915-ci ildə uçuş şəhadətnaməsini alan Ahmet Ali bir il sonra uçuş imtahanlarını uğurla başa vuraraq Osmanlı Hərbi Hava Qüvvələrinə qatılmışdı. Birinci Dünya Müharibəsi illərində Osmanlı ordusunda piyada kimi xidmət edən qardaşı Ali Efendini də Çanaqqala döyüşündə şəhid olub.
 

Daha sonra, 1917-ci ildə Berlinə gedən və qısa müddətə dəniz aviasiya təhsili alan Ahmet Ali 1918-ci ildə Türkiyəyə qayıdır. Eyni dövrdə Birinci Dünya Müharibəsindən geri çəkilən Osmanlı İmperiyasının təyyarələri Müttəfiqlər tərəfindən müsadirə edilmişdi.
 

Ahmet Ali məhz bu hadisələrlə başlayan Qurtuluş Savaşına dərhal qatılaraq, millətçilik hərəkatına qoşulur.
 

O, Mustafa Kamal Paşanın komandanlığı altında milli mübarizəyə qatılır.
 

Ahmet Əli tezliklə əvvəlcə Əskişəhərə, sonra Polatlıya hava birliklərinin komandiri təyin edilir. İstanbuldan Amasraya 3 təyyarəni qaçıran Ahmet Ali və dostları Bosfor boğazından Qərbi Qara dənizə keçən düşmən qüvvələrinə qarşı hava hücumundan müdafiə və dəniz müdafiə əməliyyatları həyata keçirib.
 

Müasir Türkiyənin qurulması yolunda milli mübarizə uğurla nəticələndikdən və şəhərlərdən işğalçılardan təmizləndikdən sonra İzmirə qayıdır.
İzmirdə olduğu müddətdə Türkiyə hava məkanını işğal edən Yunan təyyarəsini vuran Ahmet Ali Dəniz Təyyarə Medalı ilə təltif olunaraq, 1928-ci ildə Hava Müşavirliyinə təyin edilib.
 

12 il Osmanlı İmperiyasına, 29 il isə Türkiyə Cümhuriyyətinə xidmət edən Ahmet Ali 1969-cu ildə vəfat edib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət etdi

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüş...