Tarixdə “Kral" titulu ilə tac taxan İLK QADIN
Tarixən qadınlar tez-tez kraliça olur və kralın yanında rol oynayırdılar. Lakin 1300-cü illərdə bu vəziyyət tamamilə dəyişdi, padşahın kiçik qızı Jadwiga (Yadviqa) tarixdə ilk taclı qadın hökmdar oldu.
Sfera.az tarixdə Kraliça deyil, məhz kral titulu ilə hökmdarlıq edən qadın haqqında yazı təqdim edir.
Böyük Lüdovikin kiçik qızı Jadwiga 16 oktyabr 1384-cü ildə Polşanın hökmdarı olub.
Polşa qanunlarında bir qəribəlik sayəsində Hedwig kimi də tanınan gənc qıza kraliça deyil, kral tacı verilib. Tarixdə kişi titulu alan təxminən beş qadından biri olsa da, o, bu sıralamada yeni cığır açıb.
Kralın kiçik qızının Polşa hökmdarı olacağı heç vaxt gözlənilmirdi.
Luinin böyük qızı Ketrinin bir gün Polşa və Macarıstan taxtını idarə edəcəyi gözlənilsə də, Ketrin atasından əvvəl vəfat edib.
Sonra taxt onun ikinci böyük qızı Məryəmə keçməli idi, lakin Polşa Macarıstanla Şəxsi Tac İttifaqını saxlamağa qərar verərək, Məryəmin nişanlısı Sigismundu gələcək Müqəddəs Roma İmperatoru və Macarıstan Kralı kimi tanımaqdan imtina etdi.
Buna görə də növbəti seçim kralın kiçik qızı Jadwiga idi.
Polşa qanunlarına görə, ölkənin kralı olmalı idi, amma kralın kişi olması ilə bağlı heç nə yazılmamışdı. Qanunu yenidən yazmaq və özünü kraliça elan etmək əvəzinə, balaca Hedviq (Jadwiga) kral tacını özünə taxdırdı.
Gənc yaşından asılı olmayaraq, Jadwiga güclü bir lider idi.
O, yaxşı təhsil almış və ən azı altı fərqli dildə, o cümlədən polyak, latın, macar, serb, boşnak və alman dillərində danışırdı.
Jadwiganın anası, Bosniyalı Elizabet, qızı yetkinlik yaşına çatana qədər regent olaraq tacda xidmət etməli idi, lakin Jadwiganın təəccüblü yetkinliyi və liderlik qabiliyyətinə görə bunun lazım olmadığına qərar verildi.
Jadwiga o qədər xeyirxah idi ki, Roma Katolik Kilsəsi ona kraliçaların himayədarı kimi hörmət edirdi.
O, bütün ləl-cəvahiratlarını Krakov Universitetinin bərpası və modernləşdirilməsinə bağışlamışdı.
Jadwiganın tacqoyma mərasimi başa çatan kimi onun gələcək həyat yoldaşının seçimi ölkədə ən mühüm müzakirəyə çevrildi.
O özü uşaqlıq dostu Avstriyalı Vilyam, III Leopold və Viridis Viskontinin oğlu ilə evlənmək istəyirdi.
Əslində, onlar artıq qeyri-rəsmi nişanlı idilər, lakin zadəganların başqa planları var idi. Litva kralı Jogaila (Coqaila) ilə evliliyin Polşa üçün ən yaxşısı olacağına qərar verildi. Buna görə də Jadwiga ölkəsi üçün ən yaxşısını etdi. William ilə nişanını etibarsız elan edərək, 26 yaşlı kralla evləndi.
Jadwiganın evliliyi hər cəhətdən hörmət və bağlılıqla dolu çox uğurlu bir birlik idi.
Jogaila padşah olsa da, Jadwiga hökmdar olaraq qaldı və lazım gəldikdə öz səlahiyyətlərini həyata keçirdi.
Yenə də Jadwiganın hakimiyyəti bəzən çətin idi. Macarıstanla qarşıdurma onun anası və bacısının oğurlanması və həbsi ilə sona çatdı. Bundan sonra Jadwiganın anası sağ qalan ən böyük qızının gözü qarşısında boğuldu.
Jadwiga isə vəfat edəndə müqəddəs insan kimi dəfn edilib.
Xanım
Sfera.az