Şəhərin mərkəzində “araq butulkası” - Vətəndaşların şikayəti artır, əslində isə... + VİDEO

Şəhərin mərkəzində “araq butulkası” - Vətəndaşların şikayəti artır, əslində isə... + VİDEO

Sosial şəbəkələrdə şəhərin mərkəzində “Mamedoff” markalı spirtli içkinin maketinin yerləşdirildiyini təsdiqləyən fotolar paylaşılıb. Bu isə çoxluq tərəfindən birmənalı qarşılanmayıb. Hətta faktla bağlı rəsmi qurumlara şikayət edənlər də olub.

 

Sfera.az-ın məlumatına görə, faktla bağlı fikirlərini bölüşən texno-bloqqer Fərid Pərdəşünas deyib ki, bununla bağlı Reklam Agentliyinə çoxsaylı şikayətlər daxil olub.

 

“Onlar mərkəz küçədə belə bir reklama icazə verilməsini qınayıblar. Bəli, qanun buna icazə vermir. Amma görünür, “Mamedoff” prosesi "hack" edib. Yəni bu, fiziki reklam deyil. Bu, son aylarda tez-tez istifadə olunan CGI metodudur. Yəni bir növ montaj deyə bilərik. Əslində mərkəzi küçədə belə bir butulka yoxdur, montaj ilə qoyulub”, deyə Pərdəşünas əlavə edib.

 

Türkan

 

 


OXŞAR XƏBƏRLƏR