“Avatar” filmindəki insanlara bənzəyən mavi dərili Fuqate ailəsi - FOTO

“Avatar” filmindəki insanlara bənzəyən mavi dərili Fuqate ailəsi - FOTO

“Avatar” və “X-Men” filmlərində mavi dəri tonu olan personajları görmüsünüz. Bu filmlərə baxmasanız belə, uşaqlıqda “Şirinlər” cizgi filminə baxmısınız. Bəs real həyatda dərisi mavi olan insanların olduğunu da bilirdinizmi?

Sfera.az təfərrüatları təqdim edir.
 

Hekayənin başlanğıcı Martin Fuqate Elizabet Smith ilə tanış olub evləndiyi 1800-cü illərə gedib çıxır.


Martin və Elizabet Kentukki dağlarında bir şəhərdə məskunlaşıblar. Həm Martin, həm də Elizabet son dərəcə nadir resessiv methemoqlobinemiya genini daşıyırdılar. Məhz bu genlər onları tarix edəcəkdi. Cütlüyün övladı olanda bu resessiv gen uşağın xarici görünüşündə əks olunub. Uşağın dəri rəngi inanılmaz dərəcədə mavi idi.


Nə xoş ki, insanlarda epileptik tutmalar və inkişaf pozğunluqlarına səbəb olan bu gen Fuqate ailəsinin yalnız görünüşünə təsir edib.


Alimlər bu pozğunluğun qanın normaldan daha az oksigen daşımasına səbəb oluduğunu bildirir. Buna görə də qanın rəngi tündləşir. Bu gen deformasiyası olan insanların dəri rəngi maviyə yaxın, dodaqları isə bənövşəyi rəngə yaxın olur.


Martin və Elizabet cütlüyünün 7 övladı olub və onlardan 4-ü bu xəstəlikdən əziyyət çəkib.


Əgər qohum evlilikləri olmasaydı, bu genetik deformasiyanın qarşısı alına bilərdi, lakin o dövrdə xarici aləmdən uzaq yaşayan Fuqate ailəsi üçün ailədaxili nikahlar normal idi. Qohum evliliklərinin qarşısı alınmadığı üçün bu gen gələcək nəsillərə ötürülürdü. Ailə üzvlərinin hamısı qohumlarla evləndiyi üçün bu genetik xəstəlik 6 nəsildə yayılıb və 150 ​​il ərzində müşahidə olunub. Ailədaxili evlilik o qədər geniş yayılmışdı ki, Fuqate ailəsinin üzvü Dennis Steysi “mən öz qohumumam” deyir.
Bu genetik pozğunluq Fuqate ailəsinin Comb, Richard, Smith və Stacey ailələrində də aşkarlanıb.


20-ci əsrin əvvəllərində Comb ailəsinin bir üzvü qan testi vermək üçün xəstəxanaya gedir. Bundan sonra dünya bu mavi rəngli insanları tanımağa başlayır. İlk dəfə mavi dərili bir insanı müayinə edən tibb bacısı Ruth Pendergrass, Combun mavi dəri rəngini görəndə şoka düşür və onun infarkt keçirdiyini düşünür. Comb ailəsində bir çox insanən mavi dəri tonlarına malik olduğunu bildirir. Bu görüş tezliklə hər yerə yayılır və hər kəs mavi dərili insanların varlığından xəbər tutmağa başlayır.
Mavi dərili insanların olduğunu eşidən hematoloq Dr. Madison Cawein bu məlumatları yoxlamaq üçün tibb bacısı Ruth Pendergrassın yanına gəlir və cütlük araşdırmalarına başlayır.




20-ci əsrin ortalarında insanlar qohum evliliklərinin pis nəticələrindən artıq məlumatlı oldular və Fuqate ailəsi bir çox insanlar tərəfindən təcrid olundu. Təcrid olunan Fuqate ailəsi də öz içlərinə doğru çəkildi. Dr. Cawein və tibb bacısı Pendergrass Fuqate ailəsini tapmaq və onların etibarını qazanmaq üçün çox səy göstərdilər. Bu səyləri nəticəsində onlar Fuqate ailəsinin iki üzvü ilə tanış oldular.
 

Dr. Cawein Fuqate ailəsindən qan nümunələri götürüb və ailənin qanında vacib bir fermentin olmadığını aşkar edib.


Müalicənin bir hissəsi olaraq Dr. Cawein, Fuqate ailəsinə dərman və boyalarda istifadə olunan metilen mavisini vurdu. Müalicə nəticə verdi və Fuqate ailəsinin dəri rəngi normallaşdı. Ancaq müalicə həm uzun sürmədi, həm də daimi təsir olmayacaqdı. Ailə sadəcə dərmanlarını qəbul etdikcə, dəri rəngi digər insanlarınki ilə eyni rəngdə olacaqdı.


Zaman irəlilədikcə və Fuqate ailəsi xarici dünyaya açıldıqca, bu genetik anormallığın tezliyi azalıb.


Bu bölgədə məlum olan sonuncu mavi dərili şəxsin 1975-ci il təvəllüdlü Benjamin Steysi olduğu deyilir. Benjaminin nənəsi Fuqate ailəsinin ən mavi dərili üzvü Luna Fuqate olub. Lakin Benjaminin geni tam aktiv olmadığından onun rəngi bir neçə həftə ərzində normallaşıb. Benjamin qəzəbli olanda və ya üşüyərkən dırnaqları və dodaqları bənövşəyi rəngə boyanırdı.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR