İki il bir adada yaşamaq uğrunda tək mübarizə aparan qadın - Ada
Wrangel adası Şərqi Sibir və Çukçi dənizlərinin sularında və Sibir sahillərinin şimalında yerləşir. Bu ada ilin çox hissəsini buz örtmüş və güclü siklon küləkləri ilə əhatə edir.
Wrangel adası yunlu mamontun məlum olan son yaşayış yeri kimi seçilir. Dünyada ən yüksək qütb ayılarının sıxlığına da bu adada rast gəlinir. Bunları sizə qısa xatırlatma kimi edirik ki, bu dəfə təqdim edəcəyimiz hekayəni bütün anlayasanız.
Sfera.az sizə 1921-ci ildə beş nəfərin bu adaya gələrək diplomatik insidentə səbəb olduğu hadisə haqqında yazı təqdim edir. Baş verdikdən iki il sonra bu hadisə haqqında danışacaq yalnız bir nəfər sağ qalmışdı. Bu bir nəfər də, hekayəmizin baş qəhrəmanı Ada Blackjackdir.
Hər şey 1920-ci illərdə bir qrup Wrangel adasını Britaniya ərazisi elan etmək üçün toplaşanda başlayıb.
Bu komandanın rəhbəri məşhur Arktika tədqiqatçısı Vilhjalmur Stefansson idi. Stefansson Wrangel adasının Britaniya İmperiyasının bir hissəsi olmasını istəyirdi və bu missiyadan vaz keçmək niyyətində deyildi.
Stefansson komandaya rəhbərlik etmək üçün bir amerikalı və daha üç nəfəri işə götürür. O, həmçinin adaya ən təhlükəsiz şəkildə çatmalarını təmin etmək üçün komandanı müşayiət edəcək birini tapıb. Komanda 18 avqust 1921-ci ildə yola düşüb və onları adaya aparacaq bir gəmi tapıb. Alyaskanın yerliləri burada gəmi tapmağa çalışan komandanı qəbul etməyib və onlarla birlikdə getməkdən imtina ediblər. Onlarla getməyə razı olan yalnız bir nəfər çıxır - 25 yaşlı gənc qız Ada Blackjack.
Komanda Blackjackin əsas ovçuluq və sağ qalma bacarıqlarından yararlanmaq istəyirdi.
Ancaq komandanın istədiyi bu bacarıqlar Adada mövcud deyildi. Bu hekayənin baş qəhrəmanını bir az da tanımaq üçün deyək ki, Ada Blackjackin əsl adı Ada Deletuk idi. 1898-ci ildə Alyaskanın Spruce Creek şəhərində anadan olub. Ada erkən yaşda anası tərəfindən Nome göndərilib. Göndərildiyi yerdə oxumağı və yazmağı öyrənərək, metodist missionerlər tərəfindən böyüdülüb. Böyüyən Ada dərzilik üzrə ixtisaslaşıb və xəzdən paltar tikməyi öyrənib.
Stefansson, adaya gəlməyə razı olduğu təqdirdə Adaya 50 dollar ödəmə vəd edib. Bu pul Adanın istənilən işdən qazanacağından qat-qat artıq idi. Eyni zamanda Adanın bu pula çox ehtiyacı var idi. Çünki Ada çox gənc yaşda evlənmiş və əri tərəfindən zorakılığa məruz qalmışdı. Əslində, Adanın əri döyməklə kifayətlənmir, onu həm də ac saxlayırdı. Adanın çətinlikləri bununla bitməyib, dünyaya gətirdiyi üç uşaqdan ikisi dünyasını dəyişib. Onun sağ qalan yeganə övladı vərəmdən əziyyət çəkirdi. Lakin Adanın vəziyyəti xəstə övladına baxmağa kifayət etmədiyi üçün körpəni uşaq evinə verir.
Adanın ekspedisiyaya getməklə bağlı fikirləri qarmaqarışıq idi. Bir tərəfdən də, onun qütb ayılarına qarşı köklü bir qorxusu var idi.
Bu qorxuya görə Ada səfərə çıxmazdan əvvəl bir Şamanı ziyarət edir. Şamandan eşitdikləri onun qorxularını daha da artırır. Şaman Adaya ölüm və təhlükənin qapıda olduğunu, oddan, bıçaqdan uzaq durmaq lazım olduğunu bildirib.
Eyni zamanda, Şaman Adanın dörd kişi ilə səfərə çıxmasını uyğun görməyib. Əslində, komandadakı kişilər də bu vəziyyəti düzgün hesab etmirdilər. Ancaq Ada onlara söz vermişdi və Sibirdə daha bir neçə qadının komandaya qoşulacağını düşünmüşdü. Bütün bunlardan sonra 20 yaşlı kanadalı Allan Krouford, 28 yaşlı amerikalılar Lorne Nayt və Fred Maurer, 19 yaşlı Milton Qalle və 25 yaşlı Ada Blackjackdən ibarət komanda 9 sentyabrda adaya yola düşür.
Bir həftə sonra komanda heç bir İnupiki (Alyaskanın yerli xalqlardan biri)cəlb edə bilmədiyi Wrangel limanına gəlib.
Ada belə bir vəziyyətlə qarşılaşanda heyrətə gəldi. Daha doğrusu, onlar limana çatanda Ada sahilə doğru gedərək adadan çıxmaqda olan gəminin üstündə ağladı. Bütün bu çətinliklərə baxmayaraq, adanın havası mülayim olub və komanda qısa müddətdə adanın şəraitinə uyğunlaşıb. Lakin bu vəziyyət uzun sürməyib və bir neçə həftə ərzində hər şey alt-üst olub.
Ada ev üçün darıxırdı və bu, onun get-gedə özünə qapanmasına səbəb olub. Bu dəfə də Ada hər dəfə adamların əlində bıçaq görəndə Şamanın dediklərini xatırlayır və qorxurdu. Ada kişilərin onu istəmədiyini düşünür və Knightın (Nayt) onu öldürəcəyinə demək olar ki, əmin idi. Bir gün Blackjack özünü öldürmək istəsə də, bunu bacarmayıb.
Sonralar o, tülküyə bürünmüş ruhların olduğuna inanılan inanca əsasən meşədə tülkü izləri axtarmağa başlayır. Amma istədiyini tapa bilməyib düşərgəyə qayıdıb.
Düşərgədə gah yemək bişirir, gah da tikiş tikirdi. Bunlardan sonra komandadakı kişilər Adanı ələ salmağa, hətta onu aldatmağa da çalışıblar. Komandadakı kişilər Adaya yemək verməyib, soyuqda çöldə qalmağa məcbur ediblər. Hətta Adanı bayraq dirəyinə bağlayıb, qamçı ilə hədələyiblər.
Qış yaxınlaşdıqca kişilər zəifləməyə başlayıb. Bundan sonra Ada özünü tamamilə işə həsr edib. Qaranlıq və soyuq günlərdən sağ çıxmaq və düşərgəyə yaxınlaşan qütb ayılarının qarşısını almaq üçün əlindən gələni edib.
Hava şəraiti ilə əlaqədar bütün komanda yay mövsümünü səbirsizliklə gözləməyə başlayıb. Eyni zamanda böyük səbirsizliklə onlara gələcək yardımı gözləyib. Yay gəlsə də, adanın ətrafındakı buzlaqlar əriməyib. Stefanssonun komandaya kömək üçün Alyaskadan göndərdiyi gəmisi də onlara çatmayıb. Soyuq və sərt hava şəraitindən yorulan komanda ayaqda qalmağa çalışarkən sərt qış geri qayıdıb. Bu vəziyyət komandaya həm mənəvi, həm də fiziki təsir göstərməyə başlayıb.
Komandanın qidalanmaq üçün ovladığı heyvanlar adanın o biri tərəfinə keçmişdi. Vəziyyət belə olanda komanda lap sürətlə zəifləməyə başlayıb. Xüsusən də komanda üzvlərindən Naytın işi yaxşı deyildi. Komanda yoldaşları onu xilas etmək üçün hava -50 dərəcə olanda Sibirə getməyə qərar verir və kömək gətirmək üçün piyada yola düşüblər. Yola çıxan komanda yoldaşları bir daha geri qayıtmayıb. Əslində, komandanın hətta Sibir şəhərciyinə çatmasından əsər-əlamət yox idi.
Ada Knight ilə tək qalıb. O, öz vəzifələrini, eləcə də komandanı tərk edən digər üç kişinin vəzifələrini üzərinə götürməli olub. Quş ovlamağı və tülkü tutmağı öyrənən Ada hətta düşərgəyə yaxınlaşan ayıları da dəf etməyi bacarıb. O, hər gün odun toplayır, ocaq yandırır, yemək bişirirdi. Bişirdiyi yeməklərin çoxunu xəstə dostu Knighta verirdi. Knightən vəziyyəti getdikcə pisləşir və Adanı ona baxa bilməməkdə günahlandırırdı. Bu vaxt Knightın xəstəliyi Adaya da yoluxub və onda da sinqa xəstəliyinin əlamətləri görünməyə başlayıb.
İyunun 23-də Knight ölür. İndi Ada tamamilə tək qalmışdı.
Ada Knightın cəsədini yuxu çantasından çıxara bilməyib, ona görə də onu vəhşi heyvanlardan qorumaq üçün cəsədin ətrafına lövhələrdən qoruyucu divar çəkib. Ada hələ də komanda yoldaşlarının qayıdacağına ümid edirdi, amma bir tərəfdən bunun baş verməyəcəyini də bilirdi. Ada bu sərt adada daha bir qış keçirsə, başına nə gələcəyi barədə düşünməyə başlayıb.
Bir müddət sonra Ada əlindəki döyüş sursatı getdikcə azaldığı üçün özünü yumurta toplamağa həsr edir. Ada özünə qayıq tikmək üçün ağac və dərilərdən istifadə etməyə başlayıb. Lakin küləkli hava şəraiti bu qayığı dənizə doğru sürükləyib. Bu vəziyyətdən sonra Ada başqa bir qayıq düzəldib gözləyib. Avqustun 20-də Ada səs eşitdiyini düşünərək yuxudan oyanıb. Yuxudan ayılandan sonra yenə eyni səsi eşidərək, dərhal bayıra çıxıb. Hava çox dumanlı idi, lakin duman qalxanda bir gəmi peyda olub. Ada gəmini görən kimi sahilə tərəf qaçıb.
Çox qarışıq emosiyalar keçirən Ada Blackjack gəmidə Krouford, Maurer və Gallenin olmasını gözləyirdi. Lakin qayıqdan düşən şəxs Stefanssonun günah ortağı Harold Noice idi.
Noice gəmidən düşəndə ekipajdakı adamlardan heç birini görə bilmədikdə, çox təəccüblənib. Çünki sağ qalan yeganə şəxs alçaldılan, danlanan, əzab verikən Ada Blackjack idi. Ada isə evə və oğlunun yanına qayıda biləcəyi üçün o qədər sevincli ki, Noisin boynunu qucaqlayaraq ağlamağa başlayıb.
Adanın kəşfiyyatdan qayıtması və digər komanda üzvlərinin ölümü ictimaiyyət arasında böyük səs-küy və dedi-qodular yaratsa da, Ada bütün bu şeylərdən uzaq durmağa çalışıb. Ada özünü sadəcə oğluna həsr edib və onu vərəm müalicəsi üçün Sietlə aparıb. Onun daha sonra Billi adlı başqa bir oğlu dünyaya gətirdiyi məlumdur. Alyaskaya qayıdan Ada 29 may 1983-cü ildə vəfat edib. O, Anchorage Memorial Park qəbiristanlığında dəfn edilib. Adanın məzarı üzərinə “Wrangel adasının qəhrəmanı” yazılmış lövhə qoyulub.
Aynil
Sfera.az